Müəllim peşəsi uzun illərdir ki, cəmiyyətlərin inkişafında əsas rollardan birini oynayır. Lakin bu peşədə gender balansı demək olar ki, bütün dünyada pozulub. Xüsusilə ibtidai və məktəbəqədər təhsil səviyyəsində kişi müəllimlərin sayı ciddi şəkildə azdır. Bu tendensiya bir sıra sosial, iqtisadi və mədəni amillərlə əlaqəlidir.
AzEdu.az ən azı kişi müəllim sayı olan ölkələri araşdırıb.
Latviyada məktəbəqədər təhsil üzrə (Preschool) kişi müəllimlərin sayı cəmi 0.3%-dir. Belə ki, Latviya bu sahədə dünyada ən aşağı göstəriciyə sahibdir. Praktik olaraq, məktəbəqədər müəssisələrdə kişi müəllim yoxdur.
İtaliyada məktəbəqədər və ibtidai təhsil üzrə kişi müəllimlərin sayı təxminən 1.3%-dir. İtaliyada da bu sahə əsasən qadın müəllimlərlə təmin olunur və gender balansı demək olar ki, yoxdur.
Böyük Britaniyada məktəbəqədər təhsil üzrə 2–5%, ibtidai təhsil (Primary): ~10%. Araşdırmalara görə, hər yeddi məktəbdən birində kişi müəllim ümumiyyətlə yoxdur. Gender balansı burada da ciddi pozulub.
Yeni Zelandiyada Məktəbəqədər təhsil: Kişi müəllimlərin payı – 16% Bu nisbət nisbətən yüksək olsa da, gender tarazlığı hələ də uzaqdadır.
Avstraliyada ibtidai məktəblərdə Kişi müəllimlərin sayı təxminən 19.2%-dir. Katolik məktəblərində bu göstərici daha da aşağıdır, özəl məktəblərdə isə nisbətən yüksəkdir (təxminən 44%).
Dünyada kişi müəllimlərin sayı xüsusilə məktəbəqədər və ibtidai təhsil səviyyələrində kritik dərəcədə aşağıdır. Latviya, İtaliya, Böyük Britaniya kimi ölkələrdə bu faiz birrəqəmli göstəricilərlə ifadə olunur. Bu, təkcə gender balansı problemi deyil, həm də gələcək nəsillərin müxtəlif rollarda kişiləri və qadınları görməsi baxımından ciddi bir sosial məsələdir.