Ötən ildən başlayaraq nazirliyin tabeliyindəki elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara hər ay 1000 manatadək ödənişlərin həyata keçirilməsinə başlanılıb.
AzEdu.az xəbər verir ki,bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.
Belə ki, bu yanaşma cari ildə daha da təkmilləşdirilib və layihə çərçivəsində 22 müəssisədən 300 nəfərədək alimin mükafatlandırılması həyata keçirilib.