Azedu.az

“Dil sevgisi asılılıqdır” - tanınmış publisistdən sərt açıqlama

Müəllimlər və elm adamları

6 İyul 2025, 09:39
“Dil sevgisi asılılıqdır” - tanınmış publisistdən sərt açıqlama

“Azərbaycan dili Kantı oxumaq üçün deyil, bozbaş yemək üçündür”.

AzEdu.az xəbər verir ki, bu sözləri yazıçı, publisist Aqşin Yenisey sosial şəbəkə hesabında rus dilində təhsil mövzusuna münasibət bildirərkən yazıb.

Aqşin Yeniseyə görə, insan özünü və dünyanı hansı dildə tanımağa başlayırsa, intellektual həzz də həmin dildə yaranır və bu, bir növ asılılıq formalaşdırır:

“İnsan dili sevmir bu, patosdur, populizmdir. Dil sevgisi asılılıqdır, düşkünlükdür və beyin fəaliyyəti ilə bağlı məsələdir. Eynilə içki, narkotik, qumar, seks asılılığı kimi”.

Yazıçı qeyd edir ki, sovet dövründə rus dili süni şəkildə “bilgi dili” kimi təqdim olunub, digər türk dilləri isə məişətə sıxışdırılıb:

“Bozbaşı öz dilində yeyib, Kantı rusca oxuyub. Sovet elitası intellektual ehtiyaclarını rus dilində qarşılayıb, ana dilinə isə yalnız xeyir-şər dili kimi yanaşıb”.

Aqşin Yenisey rusdilli təhsilin bu gün də Azərbaycanda “intellektual üstünlük” anlayışı ilə əlaqələndirilməsini təəssüf doğuran fakt kimi dəyərləndirib. Onun fikrincə, valideynlər övladlarının da intellektual həzzi rus dilində yaşamasını istəyirlər və bu, ana dilinin inkişafını ləngidir:

“Ana dilində doğulub böyüyənlər yenə qara fəhlə olacaqlar, “çuşka” olacaqlar. Eynən rus müstəmləkəsi dövründə olduğu kimi”.

Sonda yazar vurğulayıb ki, bu fikirlərin siyasi, şəxsi və millətçi səbəblərlə əlaqəsi yoxdur:

“Mən yalnız intellektual məsuliyyətin öz dilimizin üzərinə qoyulması üçün bu mübahisələrə qoşuluram. Rus dilində təhsilin varlığı o deməkdir ki, Azərbaycan dili hələ də azad dil deyil”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox