Azedu.az

Sertifikasiyadan yüksək nəticə: “30 bal keçməyən müəllim fənnindən xəbərsizdir”

Müəllimlər və elm adamları

25 İyun 2025, 14:40
Sertifikasiyadan yüksək nəticə: “30 bal keçməyən müəllim fənnindən xəbərsizdir”

Şəmkir rayonu Coşqun Abıyev adına Zəyəm Cırdaxan kənd kənd tam orta ümumtəhsil məktəbinin Fizika müəllimi Tacəddin Abddürrəhmanov sertifikasiya imtahanında 59 bal toplayıb.

Müəllim təəssüratlarını AzEdu.az-a bölüşüb:

"Mən MİQ imtahanında da hər zaman yüksək nəticə göstərmişəm. Kurikulum barədə özümü təkmilləşməyə ehtiyacım var idi, öz üzərimdə işləyərək bunu da bacardım.

Suallar isə hər bir müəllimin cavablaya bilməli olduğu səviyyədə idi. Sertifikasiya özünüinkişaf üçün idealdır və keçirilməsi təqdirəlayiqdir. Bu il sertifikasiyadan 30 balı keçə bilməyən müəllimin demək ki, Fizika fənnindən xəbəri yoxdur. Ən zəif proqramla hazırlaşsanız belə 30 balı keçmək mümkündür".

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox