Azedu.az

2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

Müəllimlər və elm adamları

22 İyun 2025, 12:50
2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

Ötən ilin sonunda astronomlar “2024 YR4” adlı asteroidi kəşf ediblər. Bu göy cismi ilkin hesablamalar yayımlandıqdan sonra ictimaiyyətin diqqətini cəlb edib. Həmin hesablamalara əsasən, növbəti onilliyin əvvəlində onun Yerə çırpılması ehtimalı az da olsa mövcud idi.

AzEdu.az “phys.org” portalına istinadən xəbər verir ki, sonrakı müşahidələr göstərib ki, asteroidin Yerə düşməsi riski demək olar ki, istisna olunub. Lakin mütəxəssislərin fikrincə, 2032-ci ildə onun Aya düşməsi təxminən 4 faizlik ehtimalla mümkündür.

Qərbi Ontario Universitetinin Yer və Kosmos Araşdırmaları İnstitutunun alimlərindən ibarət bir qrup yaxın zamanda “2024 YR4” asteroidinin Ayla toqquşmasını əhatə edən 410-dan çox simulyasiya aparıb və nəticələri analiz edib.

Mütəxəssislərin məlumatına görə, asteroidin diametri 53-67 metr arasında dəyişir. Əgər bu asteroid Ayla toqquşsa, 6,5 meqaton trotil gücündə partlayışa səbəb olacaq və diametri ən azı 1 kilometr olan bir krater yaranacaq.

Üstəlik, toqquşma nəticəsində kosmosa atılacaq qalıqlardan təxminən 10 faizinin Yerə çatma və Yerin yaxın orbitindəki peyklərə zərər vurma ehtimalı var. Bu isə Yer orbitindəki peyklərin sıradan çıxması və kosmik tullantıların miqdarının kəskin artması ilə nəticələnə bilər.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox