Bu gün Bakı vaxtı ilə gecə saat 03:50-də Günəşdə X1.9 sinifli güclü alışma qeydə alınıb. Bu, 2025-ci ildə sayca üçüncü ən güclü partlayışdır. Ondan daha intensivi yalnız X2.7 (14 may) və X2.0 (23 fevral) sinifli alışmalar olub.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Qeyd olunur ki, partlayışın episentri son günlərdə yüksək fəallıq göstərən 4114 nömrəli aktiv sahə olub.