Azedu.az

Kosmosdan gələn siqnallar: Alimlər sirli obyekt aşkarladılar

30 May 2025, 09:25
Kosmosdan gələn siqnallar: Alimlər sirli obyekt aşkarladılar

Astronomlar Yer üzərindəki ASKAP radioteleskopu və "Çandra" rentgen teleskopu vasitəsilə kosmosda indiyə qədər müşahidə olunmamış qəribə obyekt aşkarlayıblar.

AzEdu.az xəbər verir ki, bu barədə Space.com məlumat yayıb.

Qeyd olunur ki, sözügedən obyekt həm radiodalğalar, həm də rentgen şüaları yayır. Alimlər onun təbiətini hələ tam dəqiqliklə izah edə bilmirlər.

Bu qəribə obyektə "ASKAP J1832-0911" adı verilib. O, Yer kürəsindən 15 min işıq ili uzaqlıqda, Süd yolu qalaktikasında yerləşir. Obyekt hər 44 dəqiqədən bir 2 dəqiqəlik impulslar şəklində həm radiodalğalar, həm də yüksək enerjili rentgen şüaları göndərir.

"ASKAP J1832-0911" adlı obyekt "uzunperiodlu tranzientlər" kateqoriyasına daxildir. Bu tip obyektlər ilk dəfə cəmi üç il əvvəl aşkar olunub və indiyə qədər onların cəmi 10 nümunəsi məlumdur. Lakin bu yeni obyekt şüalanmanın intensivliyi və kombinasiyası baxımından digərlərindən fərqlənir.

Alimlər ehtimal edirlər ki, bu obyekt ya ulduzların təkamülünün yeni bir forması, ya da indiyədək məlum olmayan fiziki proseslərin təzahürü ola bilər.

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox