Çin, ABŞ, Yeni Zelandiya və Almaniyadan olan beynəlxalq alimlər qrupu dünya okeanında temperaturun xüsusilə sürətlə artdığı iki zonanı müəyyən edib. Bu "isti qurşaqlar" hər iki yarımkürədə 40-cı paralellər boyunca yerləşir və artıq qlobal iqlimə təsir göstərir.
AzEdu.az xəbər verir ki, tədqiqat "Journal of Climate" (JCLI) elmi nəşrində dərc olunub.
Ən çox intensiv istiləşmə cənub yarımkürəsində 40-45 dərəcə cənub enliyi arasında, xüsusən Yeni Zelandiya, Tasmaniya və Argentinanın şərqində, Atlantik suları bölgəsində müşahidə olunur. Şimal yarımkürəsində oxşar təsir təxminən 40 dərəcə şimal enliyində - ABŞ və Yaponiyanın şərqindəki sularda qeydə alınıb.
"İqlim məlumatlarında belə aydın məkan qanunauyğunluğunu tapmaq nadirdir", - tədqiqatın aparıcı müəllifi, Oklend universitetinin doktoru Kevin Trenbert deyib.
2000-2023-cü illərdəki məlumatların təhlili göstərib ki, temperatur anomaliyaları 2000 metr dərinliyə qədər ola bilər.