Azedu.az

“İlin gənc müəllimi - 2024” müsabiqəsinin ilk siyahısı bu tarixdə AÇIQLANACAQ

Müəllimlər və elm adamları

Seçilmişlər

Layihələrimiz

30 Aprel 2025, 11:12
“İlin gənc müəllimi - 2024” müsabiqəsinin ilk siyahısı bu tarixdə AÇIQLANACAQ

AzEdu.az Təhsil Portalı və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi - 2024” müsabiqəsində iştirak etmək üçün qeydiyyat prosesi 25 aprel 2025-ci il tarixində yekunlaşıb.


Hazırda müsabiqənin II mərhələsi üzrə işlər davam edir. Bu mərhələdə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçmiş müəllimlərin təqdim etdiyi məlumatları 100 ballıq şkala əsasında qiymətləndirir.


Bu il ilk dəfə olaraq, II mərhələnin sonunda ictimaiyyətə 100 deyil, 150 müəllimin adı açıqlanacaq. Bu yenilik seçim prosesində daha geniş iştirak imkanını təmin etməyi hədəfləyir.


Seçilmiş 150 müəllimin siyahısı 8 may 2025-ci il tarixində ictimaiyyətə təqdim olunacaq. Onların arasından 100, daha sonra isə 50 müəllim növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu mərhələdə iştirak etmək üçün seçilən 50 müəllimin hər biri ilə onlayn formatda fərdi müsahibələr aparılacaq.


III mərhələdə isə yalnız 10 müəllim finala yüksələcək. Finalçıların qiymətləndirilməsi iki komponent üzrə aparılacaq:


- 20 bal onlayn səsvermənin nəticələrinə,
- 80 bal isə nüfuzlu elm və təhsil xadimlərindən ibarət komissiyanın qiymətləndirməsinə əsasən veriləcək.


Qeyd edək ki, “İlin gənc müəllimi - 2024” layihəsi gənc müəllimlərin peşəkar fəaliyyətini təşviq etmək, onların uğurlarını geniş ictimaiyyətə tanıtmaq və təhsildə müsbət nümunələri önə çıxarmaq məqsədi daşıyır.

DÜNYA SAVAŞI - 24 saata hərbi əməliyyatlar başlayacaq
Son xəbərlərDaha çox