Azedu.az

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti mərhələsi başlayıb

Müəllimlər və elm adamları

29 Aprel 2025, 13:13
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti mərhələsi başlayıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi bu gündən etibarən başlayıb.

Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, vakansiya üzrə seçim mərhələsi 5 may saat 13:00-a qədər davam edəcək. Müəllimlər qeyd olunan tarixə qədər vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Qeyd edək ki, bundan əvvəlki mərhələdə şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi aktivləşmişdi.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox