Azedu.az

Müəllimlərin diqqətinə:Vakansiya seçimi başlayır

Müəllimlər və elm adamları

24 Aprel 2025, 17:47
Müəllimlərin diqqətinə:Vakansiya seçimi başlayır

Sabahdan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.

Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Belə ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.

Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 27 aprel saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox