Azedu.az

Müəllimlik yenidən yazılır: kouç və mentor MODELİ

Müəllimlər və elm adamları

18 Aprel 2025, 14:00
Müəllimlik yenidən yazılır: kouç və mentor MODELİ

Müasir təhsil sistemlərində müəllim yalnız bilik ötürən deyil, həm də şagirdin inkişaf yolunda kouç və mentor kimi rol oynayan bir bələdçidir. Bu dəyişiklik sadəcə tədris metodlarının yenilənməsi ilə məhdudlaşmır; həm də pedaqoji fəlsəfənin köklü şəkildə dönüşüdür. Bugünün müəllimi artıq sadəcə informasiya mənbəyi deyil, şagirdin yaradıcı düşüncə tərzini inkişaf etdirən, onu araşdırmağa və yeniliklərə açıq olmağa təşviq edən rəhbərdir. Bu yanaşma təhsilin mahiyyətini tamamilə yenidən müəyyən edir: yalnız bilik ötürmək yox, eyni zamanda insanın daxili potensialını kəşf etməyə və onu həyata keçirməyə kömək etmək.

Amerikalı pedaqoq John Dewey-in “Təhsil həyat üçün hazırlıq deyil, həyatın özüdür” fikri bu yanaşmanın əsasını təşkil edir. İnformasiyanın hər kəs üçün əlçatan və sürətlə dəyişdiyi XXI əsrdə müəllim bilik mənbəyi olmaqdan çıxaraq, şagirdin daxili potensialını kəşf edib onu inkişaf etdirməyə dəstək verən insana çevrilmişdir.

Bu prosesi daha da sürətləndirən amillərdən biri də süni intellektin təhsildə tətbiqidir. İndi şagirdlərə informasiyanı əldə etmək üçün müəllimə ehtiyac qalmasa da, həmin informasiyanı düzgün yönləndirmək, kritik düşüncə ilə analiz etmək və mənalı biliklərə çevirmək üçün hələ də müəllimin rəhbərliyinə ehtiyac var. Süni intellekt müəllimin rolunu aradan qaldırmır, əksinə, onu daha yaradıcı, fərdi yanaşma tələb edən yeni bir mərhələyə daşıyır.

Bu dəyişiklik pedaqoji münasibətləri yalnız formal deyil, həm də fəlsəfi və funksional baxımdan yenidən dəyərləndirməyi tələb edir.

Top of Form

Bottom of Form

Finlandiyalı təhsil eksperti Pasi Sahlberg yazır: “Müəllimlər artıq sinifdə öyrədən yox, bələdçi və təşviqedici olmalıdırlar. Təhsil əməkdaşlıq, dialoq və maraq üzərində qurulmalıdır".

Amerikalı alim, Kansas Universitetinin Öyrənmə Araşdırmaları Mərkəzində (University of Kansas Center for Research on Learning) baş tədqiqatçısı, eyni zamanda Instructional Coaching Group adlı beynəlxalq təşkilatın da qurucusu Jim Knight (2007) tərəfindən aparılan “Tədris kouçluğu” (Instructional Coaching) adlı araşdırma təhsil sahəsində müəllimlərin kouç olaraq fəaliyyət göstərməsinin tədrisin keyfiyyətinə və şagirdlərin nailiyyətlərinə müsbət təsirini bir daha sübut edir. Bu genişmiqyaslı tədqiqatda müəllimlərin tədris prosesində kouçluq yanaşmasını mənimsədikdə, onların şagirdlərin təhsil nailiyyətləri üzərindəki təsirinin əhəmiyyətli dərəcədə artdığı sübut edilmişdir.

Araşdırmada qeyd olunub ki, müəllimlər kouç rolunu yerinə yetirdikdə, şagirdlərin akademik performansında ortalama 30%-ə qədər müsbət artım müşahidə edilmişdir. Bu nəticə müəllimlərin öz şagirdlərinə nəinki dərs vermək, həm də onları inkişaf etdirmək, potensiallarını artırmaq və hər birinin ehtiyaclarına uyğun fərdi dəstək vermək üçün kouçluq metodlarını tətbiq etmələrinin nə qədər təsirli olduğunu ortaya qoyur.

Tədqiqatın əsas hissələrindən biri müəllimlərin öz pedaqoji bacarıqlarını inkişaf etdirmək üçün məşqçi kimi fəaliyyət göstərdikləri müddət ərzində, öz tədris üsullarını necə inkişaf etdirdiklərini və şagirdlərin fərdi ehtiyaclarına necə daha yaxşı cavab verdiklərini izah edir. Prosesə kouç kimi yanaşma, müəllimə öz fəaliyyətlərini nəzərdən keçirmək, təkmilləşdirmək və tədris yanaşmalarında yeniliklər etmək üçün imkan verir. Bu həm də şagirdlərin müxtəlif öyrənmə üslublarına uyğunlaşmağa və təhsillərinin keyfiyyətini artırmağa yardımçı olur.

Knight, bu metodun təkcə şagirdlərə deyil, həm də müəllimlərə fayda verdiyini vurğulamışdır. Kouçluq vasitəsilə müəllimlər öz pedaqoji bacarıqlarını təkmilləşdirmək, təcrübələrini paylaşmaq və təhsil prosesində daha effektiv olmağa nail olmaq imkanına sahib olurlar. Bu yanaşma həmçinin sinif idarəçiliyində və müəllim-şagird münasibətlərində müsbət dəyişikliklərə səbəb olur.

Bu tədqiqat, müəllimlərin kouçluq rolunda fəaliyyət göstərmələrinin yalnız şagirdlərə deyil, həm də təhsil sisteminə ümumi faydalarını göstərir. Nəticə olaraq, müəllimlərin kouç və mentor olaraq fəaliyyət göstərməsi, təhsilin keyfiyyətini artırmaq və şagirdlərin uğurlarını dəstəkləmək üçün mühüm bir yanaşma olaraq qəbul edilə bilər.

OECD-nin (2020) hesabatında XXI əsr bacarıqlarının inkişafında emosional dəstək, şəxsi inkişaf və daxili motivasiyanın mühüm rolu vurğulanır. Sürətlə dəyişən texnoloji və sosial mühitdə insanların rifahı və uğuru təkcə biliklə deyil, həm də bu psixoloji amillərlə sıx bağlıdır. Emosional dəstək fərdlərin stress və qeyri-müəyyənliklərlə mübarizəsinə yardım edir, şəxsi inkişaf isə özünü tanıma, məqsədyönlülük və davamlılıq kimi keyfiyyətləri gücləndirir. Daxili motivasiya isə insanları xarici təzyiqlərdən asılı olmadan məqsədlərinə doğru aparır və öyrənmə prosesinə maraq gətirir. Bu üç element bir-birini tamamlayaraq, təhsildə daha sağlam və dayanıqlı inkişaf mühiti yaradır. Müəllimlər təkcə bilik verən deyil, eyni zamanda şagirdlərin emosional və şəxsi inkişafına bələdçilik edən liderə çevrilir.

Bu yanaşmalar XXI əsrin mürəkkəb və sürətlə dəyişən dünyasında uğur qazanmaq üçün əsas amillərdən biridir. Daxili motivasiya, şəxsi inkişaf və emosional dəstək təhsil sistemindəki hər bir fərdin daha güclü, davamlı və müsbət bir gələcək qurması üçün vacib bacarıqlardır.

University of Helsinki tərəfindən aparılmış araşdırma Finlandiyada müəllimlərin tədris yanaşmalarını və rollarını necə dəyişdirdiyini və bu dəyişikliklərin ölkənin təhsil nailiyyətlərinə necə müsbət təsir göstərdiyini aşkara çıxarır. Araşdırma, Finlandiyada müəllimlərin 68%-inin özlərini ənənəvi tədrisçi deyil, daha çox mentor və kouç kimi hiss etdiklərini ortaya qoyur. Bu yanaşma, həmçinin, Finlandiyanın PISA (Program for International Student Assessment) reytinqlərindəki yüksək mövqeyinə də birbaşa təsir edir. University of Helsinki tərəfindən aparılan tədqiqatda göstərilir ki, Finlandiyada müəllimlər yalnız bilik ötürən deyil, həm də şagirdlərin fərdi inkişafını dəstəkləyən rəhbərlər kimi fəaliyyət göstərirlər. Müəllimlər öz işlərini yalnız şagirdlərə məlumat vermək kimi deyil, həm də onları öyrətmək, yönləndirmək və dəstək vermək kimi qəbul edirlər. Bu yanaşma, Finlandiya təhsil sisteminin əsas xüsusiyyətlərindən biridir və müəllimlərin rolunu daha çox mentor və kouç olaraq müəyyən edir.

Mentor rolu müəllimin yalnız şagirdin akademik inkişafına deyil, həm də sosial və emosional inkişafına diqqət yetirməsini tələb edir. Müəllimlər şagirdlərlə birgə uzunmüddətli əlaqələr qurur və onlara təhsil yolunda istiqamət verirlər. Kouç rolu isə müəllimin şagirdlərin daxili motivasiyasını artırmaq, onlara öz potensiallarını kəşf etməyə kömək etmək və hər bir şagirdin fərdi ehtiyaclarına uyğun dəstək vermək deməkdir. Bu yanaşma, şagirdin öyrənmə prosesini daha şəxsiyyətə uyğun hala gətirir və onların daha fəal iştirakını təmin edir.

Müəllimlərin kouç və mentor olaraq rolunu qəbul etməsi, müəllim-şagird əlaqələrinin daha yaxın və daha səmimi olmasına gətirib çıxarır. Bu, şagirdlərin özlərini daha rahat hiss etmələrini və müəllimlərlə daha açıq şəkildə əlaqə qurmaqlarını təmin edir. Müəllimlər, şagirdlərin yalnız akademik nailiyyətləri ilə deyil, eyni zamanda onların emosional və sosial inkişafları ilə də maraqlanır, onlara şəxsiyyət olaraq necə böyüməyi və özlərini tapmağı öyrədirlər.

Bu yanaşma, həm də şagirdlərin özlərini təhsil prosesinə daha çox daxil etmələrini təmin edir. Onlar yalnız məktəb tapşırıqları və qiymətlərdən deyil, həm də şəxsi inkişaflarından məmnun olurlar, bu da onların təhsil yolunda daha çox motivasiya olmalarına səbəb olur.

Finlandiya təhsil sistemi, yalnız ölkə daxilində deyil, həm də dünya miqyasında təhsil islahatları üçün nümunə olaraq qəbul edilir. Müəllimlərin mentor və kouç roluna keçməsi, digər ölkələr üçün də təhsil siyasətləri və proqramları hazırlayarkən nəzərə alınması vacib bir yanaşmadır. Bu modelin dünya üzrə tətbiqi, təhsil sistemlərində daha fərdi, şəxsiyyətə yönəlik və çoxşaxəli yanaşmaların inkişafına imkan verir.

Yeni Zelandiyalı təhsil tədqiqatçısı və müəllimlərin peşəkar inkişafı sahəsində dünyaca tanınmış mütəxəssisi Bottom of FormJohn Hattie "Visible Learning" (Görünən Öyrənmə) adlı monumental tədqiqat işi ilə məşhurdur. Bu tədqiqat ilk dəfə 2009-cu ildə nəşr olunan "Visible Learning: A Synthesis of Over 800 Meta-Analyses Relating to Achievement" adlı kitabda təqdim olunub. John Hattie 15 illik tədqiqat əsasında 800-dən çox meta-analizi və 50 mindən artıq fərdi tədqiqatı ümumiləşdirərək 250-dən çox faktoru araşdırmışdır. O, bu faktorların şagird nailiyyətlərinə real təsir gücünü (effekt ölçüsü) ölçərək sıralamışdır. Effekt ölçüsü (effect size) 0.40 və yuxarı olan amillər "müxtəlif təhsil mühitlərində ortalama gözlənilən artımdan yüksək" hesab olunur.Elmi tədqiqatlar nə deyir?

Ən güclü təsirə malik faktorlar (Effekt ölçüsü ilə):

Faktor

Effekt Ölçüsü (d)

İzahı

Tələbənin özünü qiymətləndirməsi (Self-reported grades)

 

 

 

1.33

 

Şagirdlərin öz uğurlarını təxmin etməsi onların nailiyyətinə çox ciddi təsir edir.

Əlaqələndirilmiş və məqsədli rəy (Feedback)

 

 

 

 

0.75

Müəllim tərəfindən verilən konkret, inkişaf yönümlü rəy öyrənməni gücləndirir.

Müəllim-şagird münasibətləri

 

 

 

0.72

 

Pozitiv və dəstəkləyici münasibətlər öyrənməni gücləndirir.

Diaqnostik qiymətləndirmə

 

 

 

0.77

 

Müəllimlərin şagirdin hazırkı səviyyəsini dəyərləndirib ona uyğun addım atması.

Aydın təlim məqsədləri və uğur meyarları

 

 

 

0.77

 

Şagird nə öyrənəcəyini və uğurun nə demək olduğunu dəqiq bildikdə, nəticələr artır.

Tədrisin aydınlığı (Teacher clarity)

 

 

 

0.75

 

Müəllimin dərsi necə təqdim etdiyi və izahın aydın olması.

Öyrənmə strategiyaları

 

 

 

0.69

 

Şagirdlərin öz öyrənməsini düşünməsi və planlaması.

 

Aşağı təsirli və ya effektiv olmayan faktorlar:

Faktor

Effekt ölçüsü (d)

Sinifdə intizam qaydaları

0.27

Ənənəvi ev tapşırıqları (əsasən ibtidai səviyyədə)

0.29

Şagirdin sinif ölçüsü (Class size)

0.21

İT texnologiyalarının tətbiqi (təkbaşına)

0.34

John Hattie-nin nəticələri göstərir ki, ən güclü təsirə malik amillər arasında şagirdin özünüqiymətləndirməsi, müəllimin verdiyi əlaqəli və məqsədyönlü rəy, həmçinin şagird-müəllim münasibətlərinin keyfiyyəti xüsusi yer tutur. Bu nəticə vacib bir mesaj verir: müəllimin əsas vəzifəsi sadəcə dərsi təqdim etmək deyil, şagirdin öyrənmə prosesini müşahidə etmək, yönləndirmək və bu prosesi "görünən" etməkdir.

Tez-tez rast gəlinən ənənəvi ev tapşırıqları, sərt intizam yanaşmaları və ya texnologiyanın istifadəsi — Hattie-nin təsnifatında nəticəyə zəif təsir edən amillərdir. Əvəzində müəllimlərin öyrənməyə verdikləri rəyin keyfiyyəti, şagirdin öz məqsəd və uğurlarını dəyərləndirmə bacarığı, eləcə də dərsin aydın və şagirdmərkəzli qurulması effektiv öyrənmənin əsaslarını təşkil edir.

Hattie-nin bu yanaşması görə müəllim yalnız bilik ötürən deyil, öyrənməni müşahidə edən, şagirdin düşüncəsinə "güzgü" tutan və onu öyrənməyə motivasiya edən şəxsə çevrilməlidir.

OECD-nin “Future of Education” (Təhsilin Gələcəyi) hesabatında vurğulanır ki, müəllimlərin qarşısında duran əsas çağırışlardan biri də sosial-emosional öyrənməni dəstəkləmək və fərdi liderlik bacarıqlarını inkişaf etdirməkdir. Bu isə yalnız kouç və mentor yanaşması ilə mümkünlüdür.

GROW modeli ilə məşhur Sir John Whitmore, kouçinq nəzəriyyəsinin atalarından biri hesab olunur. O yazır: “Kouçinq – insanların düşünməsini dərinləşdirir, cavab verməyə deyil, sorğu aparmağa sövq edir. Ən yaxşı müəllim – sual verəndir".

Amerikalı psixoloq və tədqiqatçı Carol Dweck-in “Growth Mindset” nəzəriyyəsi də göstərir ki, davamlı öyrənmə və inkişaf üçün müəllimin rolu motivasiyaedici və istiqamətverici olmalıdır, yoxlayıcı və hökmedici deyil.

Azərbaycan təhsil sistemində də son illərdə bir sıra vacib islahatlar aparılmışdır. Kurikulum əsaslı təhsil modelinə keçid, STEAM təlimləri, təhsil texnologiyalarının tətbiqi və şagirdyönümlü dərs metodlarının təşviqi, “Müasir metodist” layihəsinin tətbiqi –müəllimin ənənəvi roldan çıxaraq daha çevik, dəstəkləyici və yolgöstərən bir fiqura çevrilməsinə təşviq edir.

Beləliklə, müəllimin kouç və mentor rolu təhsil sistemində yalnız istək deyil, zərurətə çevrilir. Əgər biz innovativ, yaradıcı və öz potensialını dərk edən gənclər yetişdirmək istəyiriksə, müəllimlərin də bu yolda bələdçi rolunu qəbul etməsi qaçılmazdır.

Müasir dünyada məlumat əlçatan və sürətli şəkildə yayılır. Süni intellekt texnologiyaları artıq bilik axtarışını və analitik funksiyaları avtomatlaşdırır. Şagird bir düymə ilə istənilən məlumatı əldə edə bilər. Lakin bu bolluq içində şagirdin ehtiyacı olan əsas bacarıq informasiyanı seçmək, təhlil etmək, mənimsəmək və təcrübəyə tətbiq etməkdir. Bu isə yalnız şəxsi dəstək, doğru suallar və istiqamətlə mümkün olur.

Süni intellekt müəllimi əvəz etməz, əksinə, onun köməkçisi olar. Əsas lider hələ də müəllimdir - fərdi yanaşması, empatiya bacarığı və şagirdin inkişaf yoluna verdiyi mənəvi dəstəklə.

Albert Einstein demişdir: “Hər kəs dahidir. Amma sən balığı ağaca dırmaşmaqla qiymətləndirsən, o özünü axmaq sanacaq”. Müəllim də şagirdin daxilindəki dahiliyi görən və onu ortaya çıxaran şəxs olmalıdır - yəni bir mentor, bir kouç, bir ilhamverici.

Dünya sürətlə dəyişir. Təhsil də bu dəyişikliyə uyğun çevik yanaşmalar tələb edir. Müəllim artıq bilik verən yox, bilik axtarışına çıxan şagirdə yoldaşlıq edən şəxs olmalıdır.

Britaniyalı təhsil eksperti, müəllim, yazıçı və motivasiya natiqi Ken Robinson deyirdi: "Təhsil -insanın içində olan istedadı tapmaq sənətidir”.

XXI əsrin müəllimi bu sənətin mahir sənətkarı olmalıdır.

 

Şəxsi inkişaf üzrə kouç,təlimçi, marker, mentor,

müəllim, “Müasir metodist” layihəsinin metodisti,

 yazar, “Özünə Yox De” kitabının müəllifi  Nigar Mahi

 

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox