Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin alimlərinin Türkiyədən olan həmkarları ilə birlikdə apardıqları beynəlxalq səviyyəli tədqiqatların nəticələri “Wiley” nəşriyyatının “Chemistry and Biodiversity” jurnalında dərc olunub.
İnstitutdan AzEdu.az-a bildirilib ki, tədqiqat zamanı zərif üzvi sintezin imkanlarından istifadə etməklə sintez olunmuş yeni birləşmələrin bioloji hədəflərlə qarşılıqlı əlaqəsini qiymətləndirmək üçün yetişdirilmiş monokristalın rentgen struktur və Hirşfeld səthi analiz edilib.
Birləşmələrin müxtəlif bakteriyalara qarşı “in vivo” olaraq bioloji fəallığının müqayisəli təhlili aparılıb.
Qeyd edək ki, “Chemistry and Biodiversit” jurnalının təsir əmsalı 2.47-dir.