Azedu.az

Təhsil İnstitutunda elmi seminar keçirilib

Müəllimlər və elm adamları

10 Aprel 2025, 11:02
Təhsil İnstitutunda elmi seminar keçirilib

Aprelin 9-da Təhsil İnstitutunda institutun bir qrup əməkdaşının iştirakı ilə elmi seminar keçirilib. 

AzEdu.az xəbər verir ki, seminarda Əməkdar elm xadimi, professor Şahlar Ələsgərovun “Təhsil problemlərinə ekonofizik baxış” adlı elmi məqaləsi müzakirəsi edilib.

Seminarı giriş sözü ilə açan ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadov məqalənin elmi əhəmiyyətindən və aktuallığından danışıb. Daha sonra Şahlar Əsgərov təqdimatla çıxış edərək təqdim olunan məqalənin ideya-məzmununu geniş izah edib. Müəllifin fikrincə, təhsil prosesinin ana subyekti müəllimdir və müasir dövrdə təhsilə ekonofizik baxış təhsil sisteminin yenidən strukturlaşmasını gündəmə gətirir.

Seminar müzakirələrlə davam edib, elmi məqalənin təhlili üzərində təklif və tövsiyələr bildirilib. Alimlər məqalənin nəşr edilməmişdən əvvəl elmi müzakirəyə verilməsini yüksək qiymətləndiriblər, bəzi tövsiyə xarakterli iradların aradan qaldırılmasının məqalənin təkmilləşməsinə kömək edəcəyini vurğulayıblar.

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox