Brüsseldə Valloniya-Brüssel Federasiyası hökumətinin qərargahı qarşısında 600-ə yaxın müəllim toplaşıb. Müəllimlər Valloniyanın yeni hökumətinin (MR-Engagés) irəli sürdüyü islahatları pisləyirlər.
AzEdu.az xəbər verir ki, Belçikanın fransız dilli müəllimləri tətil edirlər. Bu tətilin müəllimlərin birhəftəlik aksiyasının bir hissəsi olduğu bildirilir. Lüksemburq və Liege əyalətlərindən sonra Namur, Vallon Brabant və Brüssel bölgəsi müəllimlər etiraz nümayişlərinə çıxıblar. Müəllimlərin vahid cəbhəsi təhsildə qərara alınan xərclərin azaldılması tədbirlərinə və müəllimlərin statusunun islahatına qarşıdır. Nümayişçilər təhsilin çətin vəziyyəti və iş şəraitinin pisləşməsinə qarşı etiraz edirlər.
“İnsanların gələcəyi ilə bağlı cavab yoxdur. Bəziləri gələn dərs ilinin əvvəlində pensiya planını həyata keçirmək istəyir və hara gedəcəklərini bilmirlər”, - deyə bildirib.
Həmkarlar ittifaqı nümayəndə heyətinin təhsil və sosial inkişaf üzrə fransızdilli təhsil naziri Valeri Qlatinni tərəfindən qəbul ediləcəyi gözlənilir.