Azedu.az

Kimyaçı alimlərin multidisiplinar tədqiqatlar aparıblar

Müəllimlər və elm adamları

8 Aprel 2025, 15:48
Kimyaçı alimlərin multidisiplinar tədqiqatlar aparıblar

Bir qrup kimyaçi alimlər – akademik Vaqif Fərzəliyev, professor Əfsun Sucayev, professor Afət Hüseynova və başqalarının Türkiyədən olan aparıcı alimlərlə birlikdə beynəlxalq səviyyədə apardıqları tədqiqatların nəticələri dünyaca məşhur “Springer Nature” nəşriyyatının jurnalında dərc olunub.

Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutundan AzEdu.az-a bildirilib ki, bu multidisiplinar işdə bir sıra yeni oksiran və tiiran (2a-g), müxtəlif metabolik fermentlərə, o cümlədən asetilxolinesteraza və karbon anhidraz izoenzimlərinə təsiri qiymətləndirilmişdir.

Bu tapıntılar, sintez edilmiş birləşmələrin hədəf fermentlər üçün yüksək yaxınlıq və spesifiklik nümayiş etdirdiyini göstərir ki, bu da onların terapevtik agentlər kimi gələcək inkişaf potensialını müəyyən edir. Gələcək tədqiqatlar bu birləşmələrin selektivliyini və bioaktivliyini artırmaq üçün struktur xüsusiyyətlərinin optimallaşdırılmasına, farmakokinetik və farmakodinamik xüsusiyyətlərini qiymətləndirmək üçün “in vivo” qiymətləndirmələrin aparılmasına və neyrodegenerativ və metabolik xəstəliklərin müalicəsində potensial tətbiqlərinin araşdırılmasına yönəldiləcək.

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox