Azərbaycanda fəaliyyət göstərən elmi təşkilatların əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Elm Festivalı”nda deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib: “Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə var. Lakin ümumi elmi məhsulların sayına baxdıqda elmi müəssisə sayları arasında ciddi qeyri-mütənasiblik olduğunu görürük. Bu məqamda maliyyə və səmərəlilik mövzusu ön plana çıxır. Ölkə üzrə bütün elmi xərcləri böldükdə bir elmi məqalə təxminən 35 min manata başa gəlir. Bu da o deməkdir ki, istənilən mövzuda olduğu kimi elmdə də maliyyələşmə önəmlidir”.