Azedu.az

Təhsil nazirləri: Kim fayda, kim ziyan verib?

Müəllimlər və elm adamları

7 Aprel 2025, 15:21
Təhsil nazirləri: Kim fayda, kim ziyan verib?

Azərbaycanın ilk təhsil nazirliyi hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci ildə Xalq Maarifi Nazirliyi adı altında yaradılıb. Sonrakı illərdə siyasi vəziyyətlərdən dolayı azirliyin strukturu, tərkibi və adı dəyişdirilib.

 

AzEdu.az Azərbaycan Respublikasının təhsil nazirləri haqqında araşdırma edib.

 

4 ay - 1993-cü ilin mayın 12-dən sentyabrın 2-dək Azərbaycanın təhsil naziri vəzifəsini Firudin Cəlilov icra edib:

157840

F.Cəlilov 1947-ci ildə Vedibasarda doğulub. O, BDU-nun filologiya fakültəsinə daxil olub, 1972–1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləyib. O, pedaqoji fəaliyyətlə yanaşı elmi araşdırmalarla da məşğul olub, mürəkkəb cümlə sintaksisindən namizədlik və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya  Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur.

Firudin Cəlilov 22 kitabın müəllifi, 5 kitabın isə ortaq müəllifidir.

O, Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib. 

 

F.Cəlilovdan sonra nazirlik vəzifəsini Tofiq Hacıyev icra edib:

157841

Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. O, Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilib.

T.Hacıyevin 22 əsas əsərləri və tərcümələri var.

27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.O, İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

1993-cü ildən 1997-ci ilə qədər Azərbaycan Respublikasında təhsil naziri vəzifəsini Lidiya Rəsulova icra edib.

157832

 

Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərinin Sabunçu rayonunda, neftçi ailəsində anadan olub. O, Xudat Rəsulov və Məhbubə Rəsulovanın 7 övladından biri idi. Bakıda 45 saylı orta məktəbi qızıl medalla bitirən Rəsulova Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıb.

 

O, əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayıb. 1988-1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri vəzifəsində çalışıb. 1993-cü ildən etibarən isə Azərbaycan Respublikasının təhsil naziri olub.  Səhhətində yaranmış problemlərlə əlaqədar o, 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunub. 

 

Lidiya Rəsulova "Şöhrət" ordeninə layiq görülüb, 2002-ci ildən prezident təqaüdçüsü olub.

 

Sabiq nazir 2012-ci ilin fevralın 5-də vəfat edib. 

 

Lidiya Rəsulovadan sonra Azərbaycanın təhsil naziri Misir Mərdanov olub.

157830

Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olub. Yeddiillik təhsilini Salah kənd, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində alıb.1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbdən məzun olub. M.Mərdənov Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirib və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlayıb.

 

O, SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

 

M.Mərdənov 1998-ci ilin martından 2013-cü il aprelin 18-nə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləyib.

 

M.Mərdanovdan sonra 19 aprel 2013-cü ildə nazir vəzifəsində Mikayıl Cabbarov təyin olundu.

 

157828

O, 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. 1992-1997-ci illər - Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.1997-1998-ci illər - ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.2004-cü il - Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

 

Onun nazirliyi müddətində müddətində (2013-2017-ci illərdə) Bakı şəhərində birinci siniflərə qəbul prosesi tam elektronlaşdırılıb. 2014-2015-ci illər - 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində SABAH qrupları yaradılıb. 2014-2017-ci illər - Ölkə üzrə ümumilikdə 140.000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. 2016-cı il - Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrinin birindən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə transfer.edu.az xüsusi elektron sistemi istifadəyə verilib. 2016-2017-ci illər - Modul tipli məktəblərin inşası genişləndirilib. 2017-ci ildə respublikanın 40 rayonunda təqribən 5.000 şagirdi əhatə edən modul tipli 100 məktəb binası inşa olunub. 2016-2017-ci illər - Ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında 5 yaşlı uşaqların dövlət büdcəsi hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-cı il 20 aprel - Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb.Vergilər naziri kimi 2018 – ci il 2 may – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

 

M.Cabbarov 2017-ci ilin dekabrın 5-də vəzifəsindən azad olunub.

 

Mikayıl Cabbarovdan sonra nazir vəzifəsinə Ceyhun Bayramov təyin olundu.

157829

Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

 

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

 

2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Daha sonra təhsil nazirinin müavini təyin olunub.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Təhsil Naziri vəzifəsinə təyin olunub.

 

O, 16 iyul 2020-ci ilə qədər nazir vəzifəsini icra edib.

 

Ceyhun Bayramovdan sonra nazir vəzifəsinə Emin Əmrullayev təyin olundu.

157831

Emin Əmrullayev 1982-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İdarəçilik Akademiyasını bitirib və ABŞ-ın Kolumbiya Universitetində Enerji Siyasəti, Macarıstanda Mərkəzi Avropa Universitetində Siyasət üzrə magistr təhsili alıb. 

 

2005–2009-cu illərdə Qafqaz Universitetinin Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb. Sonrakı illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. 

Nazirliyə qədərki müddətdə E.Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.

Emin Əmrullayevin nazirliyi dövründə ilk dəfə ümumitəhsil məktəblərində müəllimlərin peşə keyfiyyətlərinin artırılması üçün sertifikatlaşdırma imtahanına başlanılıb. 

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərmanı ilə Təhsil Nazirliyinin adı Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilib.

İlk dəfə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

"Qarabağ Universiteti", "Türkiyə-Azərbaycan Universiteti" və "İtaliya-Azərbaycan Universiteti" yaradılıb. 

Şok - Bakıdakı rus evi bərpa ediləcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox