Azedu.az

Qlobal istiləşmə suyun miqdarını kəskin azaldıb 

Müəllimlər və elm adamları

1 Aprel 2025, 17:50
Qlobal istiləşmə suyun miqdarını kəskin azaldıb 

Alimlər müəyyən ediblər ki, qlobal istiləşmə dünyada suyun miqdarını azaldıb. Bu vəziyyət kənd təsərrüfatı və dəniz səviyyəsinin qalxması baxımından ciddi fəlakətlərə gətirib çıxara bilər.

AzEdu.az "Science" jurnalına istinadən xəbər verir ki, avstraliyalı hidroloqlar quruda şirin su ehtiyatlarının çoxunun tükəndiyini göstərən modelləşdirmə aparıblar.

Məlum olub ki, Yerin səthi son 20 ildə təxminən 2000 qiqatondan çox su itirib. Eyni zamanda, ekoloji quraqlığın tezliyi artıb, qlobal dəniz səviyyəsi yüksəlib, Yerin qütbü dəyişib.

Alimlərin fikrincə, torpaqlar əvvəlki rütubət səviyyəsini bərpa etmək üçün elastikliyini itirib. Bunun qarşısının alınıb-alınmayacağı hələ də bəlli deyil. İnsanların iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün tədbirlər görüb-görməməsindən də çox şey asılıdır. Artan termal istilik bitkilərin daha çox suya ehtiyacı olduğunu göstərir. Hidroloqların fikrincə, kənd təsərrüfatı öz imkanlarından daha çox su istehlak edir.

Arizona Universitetinin ekoloqu Katerina Yakobs bildirib ki, istixana qazları qlobal istiləşməni sürətləndirməyə davam etdikcə buxarlanma sürətinin yavaşlaması çətin olacaq. 

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox