Azedu.az

Son 3 ildə peşə məktəblərində müəllim sayı artıb - STATİSTİKA

Müəllimlər və elm adamları

Peşə Təhsili

10 Mart 2025, 15:51
Son 3 ildə peşə məktəblərində müəllim sayı artıb - STATİSTİKA

Peşə təhsil müəssisələrində müəllim sayının artması, tələbələrin daha yaxşı təhsil almasına və iş bazarında uğurlu olmasına müsbət təsir edir. Belə ki,tədrisin keyfiyyəti, tələbələrin inkişafı və iş bacarıqlarının artırılması baxımından müəllim sayının rolu son dərəcə əhəmiyyətlidir.

 

Bəs, görəsən, son 3 ildə peşə təhsil müəssisələrində neçə müəllim fəaliyyət göstərir? Onlar içərisində qadın, yoxsa kişi müəllimlərin sayı daha çoxdur?

 

Dövlət Statistika Komitəsindən AzEdu.az-a bildirilib ki, ötən il peşə təhsili müəssisələrində müəllimlərin sayı 1733-dür:

 

“Onlardan 1216-sı qadın, 517 nəfəri isə kişi müəllimdir. Həmçinin 2023-cü ildə 1540 müəllimdən 1065-i qadın, 475 nəfəri isə kişidir. 2022-c il üzrə 1457 müəllimdən 1064-ü qadın, 393 nəfər isə kişi müəllimidir”.

 

Rəqəmlərdən də aydın görünür ki, hər il peşə təhsil müəssisələrində müəllim sayında artım var. Onlar içərisində qadın müəllimlərin sayı daha çoxdur.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox