Azedu.az

Müəllimlərin "Xocalı dərsi"

Müəllimlər və elm adamları

26 Fevral 2025, 21:00
Müəllimlərin "Xocalı dərsi"

Hər il fevralın 26 - da Xocalı faciəsini anırıq. Tariximizin ən qanlı səhifələrindən biri olan bu soyqırımı sadəcə bir gün yada salınıb sonra unudulmamalıdır. Xocalı yalnız fevralın 26-da deyil, hər gün xatırlanmalıdır. Və bu vəzifənin ən böyük daşıyıcılarından biri də müəllimlərdir. Biz müəllimlər anlayırıq ki, tarix unudulanda təkrarlanır... 

 

Müəllim təkcə bilik verən deyil, həm də vətəndaş yetişdirəndir. O, auditoriyaya daxil olub yalnız mövzu izah etməməlidir. Onun dərsi həm də vətənpərvərlik dərsi olmalıdır. Xocalını unutdurmamaq üçün müəllimlər tarixi faktları çatdırmaqla yanaşı  şagirdlərdə Vətənə sevgi formalaşdırmalıdırlar. Hər gün, hər dərsdə! Bu, şagirdlərə milli kimliyini tapmaqda , vətənpərvərlik ruhunununformalaşdırılmasında aktiv rol oynayacaq amildir, dəyərdir. Biz Xocalını yada salmaqla yanaşı ondan dərslər də çıxarmalıyıq. "Bəs nə etməliyik?"  sualı ətrafında düşünəndə cavab aydın görünür : unutmamaq, unutdurmamaq və öyrətmək! Bəli, bütün fənlərdə Xocalı ilə bağlı mesaj vermək mümkündür. Ədəbiyyatda Xocalı haqqında yazılan şeirlərioxumaq, tarix dərsində bu faciənin beynəlxalq müstəvidə tanıdılması ilə bağlı müzakirələr aparmaq, rəsm dərsində şagirdlərin çəkdiyi rəsmlərlə faciəni təsvir etmək, coğrafiya dərsində Xocalının relyefi, Aşpaz köməkçisi dərsində Xocalı mətbəxi və s.  Bunlar bir gün üçün deyil, bütün il boyu görülməli işlərdir.

 

Müəllimlərin Xocalı dərsi həm də vətəndaş mövqeyidir. Biz  müəllimlər  auditoriyada danışdığımız hər sözlə, göstərdiyimiz hər nümunə ilə şagirdləri vətəndaş olmağa hazırlayırıq. Əgər biz gənc nəsli Xocalını unutmayan, tarixini bilən kimi yetişdirə bilsək bu faciə yalnız bir keçmiş faciə kimi qalmayacaq. O, bizə gələcəyimizi necə qoruyacağımızıöyrədən bir dərs olacaq. Tarix dərsliklərdə deyil, qəlblərdə yaşamalıdır. Çünki Xocalı sadəcə keçmiş deyil – o, bizim gələcəyimiz üçün bir xəbərdarlıqdır!

Müəllimlərin "Xocalı" dərsi başlasın...

Elnur İsmayılov Gəncə şəhər 3 nömrəli tam orta məktəbin peşə təmayüllü siniflərinin qrup rəhbəri.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox