Azedu.az

Şirvan-Salyan regionunun “Örnək müəllim”ləri - ADLAR

Müəllimlər və elm adamları

25 Fevral 2025, 09:48
Şirvan-Salyan regionunun “Örnək müəllim”ləri - ADLAR

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Şirvan-Salyan regionunu əhatə edən həmin 10 müəllimin siyahısı: 

 

1.İslam İsmayılov - Biləsuvar rayon Əsgərabad kənd Saleh babayev adına tam orta məktəbdə Tarix müəllimi;

2.Ənivəs Feyziyeva - Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;

3.Vüsalə Ağaliyeva - Hacıqabul rayon K.Quliyev adına Ağacanlı kənd tam orta məktəbində Alman dili müəllimi;

4.Aynurə Zərbalıyeva - Hacıqabul rayon Abdulabad kənd N.Rüstəmov adına tam orta məktəbdə Biologiya müəllimi;

5.Könül Qasımzadə - Neftçala rayon R.Gözəlov adına 1 nömrəli tam orta məktəbdə İngilis dili müəllimi;

6.Şərəbanı Əhmədova - Neftçala rayon C.Əhmədov adına Cəngən kənd tam orta məktəbində Tarix müəllimi;

7.Tural Fərəcov - Salyan rayon Qarabağlı kənd adına 2 saylı tam orta məktəbdə Riyaziyyat müəllimi;

8.Gülnaz Mikayılova - Salyan şəhər 2 saylı tam orta məktəbdə İbtidai sinif müəllimi;

9.Emiliya Mirzəliyeva - Şirvan şəhər E.B.İmanov adına 10 nömrəli tam orta məktəbdə Rus dili və ədəbiyyatı müəllimi;

10.Şəmsiyyə Əsgərova - S.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi.

Lavrov türkiyədən sonra İrana gedir: Nə baş verir?
Son xəbərlərDaha çox