Azedu.az

Bəzi valideynlər forslanmaq üçün uşağını rus bölməsində oxudur 

Müəllimlər və elm adamları

24 Fevral 2025, 14:01
Bəzi valideynlər forslanmaq üçün uşağını rus bölməsində oxudur 

Dildir insanın milli mənliyini, kimliyini bəlli edir. Bir millətin, xalqın dili, milli kimliyi olmadan o bir heçdir.

 

Bəs bu gün biz öz ana dilimizi sevib, övladlarımıza da öyrədə, sevdirə bilirik, yoxsa xarici dili ondan üstün tuturuq?

 

Filologiya elmləri doktoru, professor Dövlət Dil Komissiyasının üzvü Adil Babayev AzEdu.az-a dilimizi nə dərəcədə qoruduğumuzdan və hələ ibtidai sinifdən uşaqları Azərbaycan yox, rus məktəbinə qoyan insanlardan danışıb.

 

Professor qeyd edib ki, uşaqların genetik dil kodu 12 yaşından sonra formalaşır:

 

“Hələ Sovet dövründə 5-ci sinifdən etibarən bizə rus dili tədris olunurdu. Məktəbə 7 yaşında başladığımız üçün 12 yaşdan sonra dili öyrənmək üçün ən ideal vaxt hesab olunurdu. Mən bu gün uşağını ibtidai sinifdən rus məktəbinə qoyan insanlara nifrət edirəm.

 

Ümumi dilçiliyin banisi V.fon Humboldt deyir ki, “Dünyada elə bir yenilik yoxdur ki, bir millətin dili ilə ruhu qədər yaxın olsun”.  Atatürk isə deyirdi: “Milli dil ilə milli ruh arasında o qədər yaxınlıq var ki, biri inkişaf etsə, digəri də inkişaf edər". Doğrudan da milli ruhu olan insan başqa millətin dilini uşağına öyrətməz.

 

“Ana dili millətin tək nişanıdır. Ana dilini bilməyən öz mənliyini də yavaş-yavaş unudar”- sözlərini də Ümummilli lider H.Əliyev demişdi.

 

Dahi bəstəkar Ü.Hacıbəyov hələ 1907-ci ildə söyləyirdi ki, “Uşaqları rusca oxudursunuz. Onlar azərbaycanlı olmayacaqlar”. Hələ dilimizi qorumaq barədə 1907-ci ildən bəri dahilər yazıblar, çağırış ediblər. Mənim özümün də dillə bağlı 17 cild seçilmiş əsərlərim var.

 

Dilimizə zənginlik qatan ifadələrə frazeoloji ifadələr daxildir. Onlar olmadan insan ibtidai səviyyədə danışır. Bəs bu gün uşaqlar o ifadələri tərcümə edə biləcəkmi? Məsələn, “Olan oldu, keçən keçdi” və yaxud da “Yarısı yada, qohuma hamısı”. Bilirsinizmi, bu ifadələr rusca tərcümə olunsa, necə pis mənalar alınacaq!?

 

Rus dilində oxuyan uşaq ümumiyyətlə frazeoloji ifadələrdən xəbərsizdir. Xalqın milli ruhu onun frazeoloji ifadələrindədir. Millətin ruhu olmasa, bu ifadələr də olmazdı. Ona görə də bunlar bir dildən digərinə düzgün tərcümə olunmur.

 

Rus bizi məcbur etmir ki, övladını bizim dildə oxut. Bizim millətimizin özü rus dilinə meyillidir. O adamlar ki, özləri rus dilində təmiz danışa bilmirlər, istəyirlər ki, “mənim uşağım rusca oxuyur”,- deyib forslansınlar. Özlərində olmayanı uşağın üstündə reallaşdırmağa çalışırlar.

 

Ruslar çimməyi də bizdən öyrəniblər. Rus dilindəki “Бане” kimin sözüdür? Bu Azərbaycana aid ifadədir. Onlar əvvəllər çəlləyə girib, yuyunub çıxırdılar. Necə oldu ki, birdən-birə I Pyotrdan sonra imperiya rejimi quruldu? Bolşevik rejimi dünya tarixində yer aldı".

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox