Azedu.az

Alimlər neyropatiya ilə kimyaterapiya arasında əlaqəni müəyyənləşdiriblər

Müəllimlər və elm adamları

29 Yanvar 2025, 10:04
Alimlər neyropatiya ilə kimyaterapiya arasında əlaqəni müəyyənləşdiriblər

ABŞ alimləri taksanlara və platin birləşmələrinə əsaslanan kimyəvi üsullarla müalicənin - kimyaterapiyanın 40 % hallarda neyropatik ağrıya səbəb olduğunu aşkarlayıblar.

Bu barədə AzEdu.az “Regional Anesthesia & Pain Medicine” jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir.

Qeyd edilir ki, neyropatiya periferik sinirlərin zədələnməsi fonunda baş verən sinir sisteminin qeyri-iltihablı patologiyasıdır.

On min doqquz yüz xəstənin məlumatlarını araşdıran qlobal araşdırmanın nəticələrinə görə, alimlər FOLFOX kimyaterapiyasından istifadə edərkən neyropatik ağrıların 16 % hallarda daha az baş verdiyini aşkarlayıblar. Bununla belə, xərçəng xəstəliyinin bəzi növləri olan pasiyentlərdə neyropatiya daha tez-tez baş verir. Belə ki, bu, ağciyər xərçəngi olan xəstələrin 60,2 faizində aşkar edilib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox