Azedu.az

Bayram tətilindən müəllim və şagirdlər necə faydalanmalıdır? – "İş və dərsdən…"

Müəllimlər və elm adamları

30 Dekabr 2024, 09:09
Bayram tətilindən müəllim və şagirdlər necə faydalanmalıdır? – "İş və dərsdən…"

Nazirlər Kabinetinin qərarına əsasən yanvarın 6-na kimi qeyri-iş günü olacaq. Ümumilikdə bu gündən etibarən başlayan bayram tətili yanvarın 6-sı sona çatır.

 

1 həftəlik istirahət günündən şagirdlər necə faydalanmalıdırlar? 

 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlamasında bildirib ki, bu il imtahan verəcək IX və XI sinif şagirdləri tətili fürsət kimi dəyərləndirə bilərlər:

152457

“Buraxılış imtahanı verəcək IX və XI siniflər, eləcə də əvvəlki illərin məzunları tətil müddətində buraxılış fənləri üzrə hazırlaşa, öz boşluqlarını doldura bilərlər. Tövsiyə edirəm ki, 31 dekabr, 1 yanvar tarixlərində onlar istirahət edib, sonrakı günlərdə isə qismən imtahan verəcəkləri fənlərə diqqət ayırsınlar”.

 

E.Əfəndi qeyd edib ki, müəllimlərin şagirdləri tətil müddətində dərslə yükləmələri doğru deyil:

 

“Bu bir həftə istirahət günüdür. Şagirdlər normal istirahət etməlidirlər. Ona görə də müəllimlər bu məqamı nəzərə almalı, onları dərslə yükləməməlidirlər. Hesab edirəm ki, hazlıq kursları da bunu nəzərə alsalar yaxşı olar. Təkcə abituriyentlər deyil, eləcə də müəllimlərin də bu müddətdə özlərinə vaxt ayırmalarında fayda var. Müəllimlərin istirahət etmələri tətildən sonrakı müddətdə təmiz beyin, bol enerji ilə dərslərə başlamalarına fürsət yaradır”.

 

TƏCİLİ! İran Ermənistana qoşun yeridir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox