Azedu.az

Təhsildə yaş faktoru önəm daşımır

Müəllimlər və elm adamları

4 Oktyabr 2024, 13:53
Təhsildə yaş faktoru önəm daşımır

Artıq ölkəmizdə yaşından asılı olmayaraq bir çox insan ali təhsilə yönəlir.

 

Bəs, görəsən, son illərdə yuxarı yaşda insanların ali təhsil almağa meyil etməsinin səbəbi nədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, ixtisası üzrə iş tapa bilməyən bir çox insan 2-ci ali təhsilə üz tutur:

 

“Müəyyən yaş kateqoriyasından sonra ali təhsil almağa meyillənən insanlar var. Bu dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da mövcuddur. Yəni bu istiqamətdə maraqlar genişdir.

 

Müəyyən kateqoriya var ki, öz ixtisasını bəyənmir və ya ixtisası üzrə ixtisaslaşmaq istəmir. Bu vəziyyətdə də ikinci dəfə ali təhsil almaq qərarına gəlirlər. Azərbaycanda 2-ci ali təhsillə bağlı həm əyani, həm də qiyabı təhsil üçün geniş imkanlar yaradılıb”.

 

Həmsöhbətimiz bildirib ki, təhsil üçün hər bir yaş məqbul sayılır:

 

“Bu proses dünyanın bir çox ölkələrində də belədir. İlk dəfə təhsil aldığı ixtisasla kifayətlənməyib, əlavə təhsil alır, yaxud da ixtisasını tamam dəyişərək 2-ci ali təhsilə üz tutur. Təbii ki, təhsildə yaş faktoru önəm daşımır. Hər bir vətəndaş yaşından asılı olmayarq təhsil ala bilər”.

 

R.Nurəliyev söyləyib ki, dövlətimiz öz gənclərinə, yaxud orta yaşlı vətəndaşlara ali təhsil almaqda müəyyən dəstəyini göstərir:

 

“İnkişaf etmiş ölkələri araşdırdıqda görmək olar ki, əhalisinin əksəriyyəti ali təhsilli şəxslərdir. Bəzi ölkələrə nəzər salsaq görərik ki, təhsili zəif olduğu üçün cəmiyyətin inkişafı da zəifdir. İnkişaf üçün ali təhsil önəmlidir. Ona görə də həmin dövlətlər əhalisinin ali təhsil almasına çox maraqlıdırlar və bunun üçün də müəyyən imkanlar formalaşdırıblar.

Hesab edirəm ki, bu imkanlar Azərbaycanda da var. Azərbaycan xaricdə təhsil alması üçün vətəndaşlarımıza müəyyən qədər dəstək göstərir. Bunun üçün hətta təqaüd imkanları verir.

 

Azərbaycanda hər il yeni ixtisasların açılması, plan yerlərinin çoxlamsı əhalinin ali təhsilə marağının artması ilə əlaqədardır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox