Azedu.az

Bu ölkələrdə müəllimlərin sayı azalır... - SİYAHI 

Müəllimlər və elm adamları

1 Oktyabr 2024, 11:07
Bu ölkələrdə müəllimlərin sayı azalır... - SİYAHI 

Azərbaycanda olmasa da, bəzi ölkələrdə müəllim çatışmazlığı qlobal problemdir. Təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, həm də Avropa və Şimali Amerika kimi yüksək gəlirli regionlarda bu məsələ gündəmdədir.

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı araşdırma aparıb.

 

Araşdırmalara görə, dünyada ən az müəllimləri olan ölkələrdən biri Çaddır.

 

Çadda müəllimlərin sayı əhalinin tələbatına cavab vermir. Rəsmi statistikalara görə, bir çox məktəbdə yalnız bir neçə müəllim olur.

 

Buna səbəb isə təhsil üçün ayrılan büdcənin az olması, müəllim maaşlarının aşağı olmasına və yeni müəllimlərin yetişdirilməsinə investisiyanın olmamasıdır.

 

Məktəblərin pis vəziyyətdə olması, müəllimlərin işə gəlməsini çətinləşdirir. Müharibə və siyasi qarşıdurmalar, ölkənin inkişafını məhdudlaşdırır. Bu ölkədə müəllim sayı, əhali ilə müqayisədə çox aşağıdır, bu da öz növbəsində təhsil sisteminin inkişaf etməməsi ilə bağlıdır.

 

Çad, eyni zamanda, resurs çatışmazlığı, siyasi qeyri-sabitlik və infrastruktur problemləri ilə də üzləşir. Bu faktorlar, ölkədə təhsil sisteminin effektivliyini əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

 

Müəllim sayı az olan ölkələr arasında Somali, Mərkəzi Afrika RespublikasıYəmən kimi ölkələr də yer alır.

 

Belə ki, bu ölkələrdə də təhsil sistemi çətinliklərlə doludur. Burada təhsil sistemi dağınıq vəziyyətdədir, müəllimlərin sayı çox aşağıdır.

 

Səbəb kimi uzun müddət davam edən müharibələr, təhsil infrastrukturunu dağılmasını qeyd etmək olar. Həmçinin idarəçilik çatışmazlığı, müəllimlərin iş yerində qalmalarını çətinləşdirir. Təhsil sisteminə yatırımın olmaması, müəllimlərin azlığına səbəb olur.

 

Yəməndə də müəllimlərin sayı aşağıdır, xüsusilə bu proses münaqişə dövründə özünü büruzə verib.

 

Davam edən müharibə təhsil sistemini tamamilə çökməsinə səbəb olub. Məktəblərin dağıdılması, müəllimlərin və şagirdlərin təhlükəsizliyini təmin etmir.Müəllimlərin maaşları gecikdirilir və hətta bəzən tam ödənilmir.

 

Bu ölkələrdə müəllimlərin azlığı, təhsil sisteminin keyfiyyətini ciddi şəkildə təsir edir. Təhsil sisteminin bərpası üçün bu ölkələrdə siyasi stabillik, maliyyə dəstəyi və infrastruktur inkişafı tələb olunur

 

Təhsil sisteminin uzun müddət münaqişə və qeyri-sabitlikdən əziyyət çəkməsi səbəbindən Əfqanıstanda da müəllim sayı aşağı vəziyyətdədir.

 

Səbəb kimi siyasi qeyri-sabitlik, infrastruktur problemləri və gender bərabərsizliyi müəyyən olunub.

 

Niger də belə ölkələr sırasına daxildir.

 

Belə ki, burada tələbələrin sayına nisbətən müəllimlərin sayı kifayət etmir. Səbəb isə maliyyə resurslarının məhdudluğu və infrastruktur çatışmazlığıdır.

 

Yəməndə müəllim çatışmazlığı münaqişələr və müharibə, təhsil sistemini zədələməsinə gətirib çıxarıb. Səbəb kimi davam edən münaqişə, maliyyə resurslarının azlığı qeyd edilir.

 

Müəllimlərin sayının az olması, xüsusilə kənd bölgələrində Malidə özünü dah qabarıq şəkildə göstərir.

 

Buna səbəb isə təhsil sektoruna ayrılan investisiyaların azlığı və iqtisadi çətinliklərdir.

 

Təhsilverənlərin yetişdirilməsi üçün kifayət qədər proqram olmaması Qambiyada müəllim çatışmazlığına səbəb olur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox