Azedu.az

Azərbaycanlı müəllimdən ilk - Dil öyrətmək üçün texnika YARATDI

30 Sentyabr 2024, 12:17
Azərbaycanlı müəllimdən ilk - Dil öyrətmək üçün texnika YARATDI

Dünyada müəllim əməyinin bənzəri yoxdur. Əbəs yerə deyilməyib ki, müəllimlik çox şərəfli, müqəddəs peşə hesab edilir.

 

Bu gün müəllimlik peşəsini sevən və şagirdlərinə daha rahat üsulla öyrənmələri üçün yeni fürsətlər yaradan təhsilverənlərdən biri Gülnar Axundovadır.

 

İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi Azərbaycan dili müəllimi Gülnar Axundova müəllimlik fəaliyyəti zamanı “QO-DA“ texnikasından istifadə edərək rus dili üzrə təhsil alan şagirdlərə Azərbaycan dilinin daha rahat  öyrətməyə nail olur.

 

AzEdu.az Təhsil Portalı Gülnar müəllim ilə müsahibəni təqdim edir:

 

- Gülnar müəllim, ilk növbədə özünüzü təqdim edərdiniz.

 

- Gülnar Axundova Etibar qızı 1988-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilimi Binəqədi rayonu 157 saylı orta məktəbdə almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr, magistr və doktorantura təhsili alıb, 2015-ci ildə magistratura təhsilini fərqlənmə ilə bitirdikdən sonra Bakı Dövlət Universitetində işləməyə başladım. 2024-cü ilin MİQ müsabiqəsində topladığı balla ərazi üzrə birinci, ölkə üzrə 3-cü yerə çıxıb və "Tərəqqi" texniki-humanitar liseyində müəllim kimi fəaliyyət göstərirəm.

 

Təbii ki, fərdi və kollektiv, tələbə və şagirdlərə dilin tədrisi arasında fərqlər var. Rus bölmələrində təhsil alanları iki yerə bölmək olar: Doğma dili Azərbaycan dili olub təhsilini rus bölmələrində alanlar. Ana dili qeyri-Azərbaycan dili olanlar.

 

Birinci qismə aid olan şagirdlərə daha çox qrammatikanın öyrədilməsi, cümlələrin ədəbi dildə qurulması məsələsi ön plandadır. Lakin ana dili qeyri-Azərbaycan dili olanlara dövlət dilimizi öyrədərkən bir çox problemlərlə qarşılaşırıq. Azərbaycan dilini öyrənməkdə çətinlik çəkənlərin birinci problemi anlama və danışma ilə bağlıdır. Bunun üçün Türkiyə platformasında "Koko" texnikası marağımı çəkdi. Bu texnikanı "Qo-Da" adı ilə Azərbaycan dilinin tədrisinə tətbiq etmək qərarına gəldim.

 

- Bu texnikanın nə kimi özəlliyi var?

 

- Bu texnikadan danışmazdan öncə bir məsələni qeyd etmək istəyirəm. Ötən il keçirilən Elm və Təhsil Nazirliyinin brifinqində cənab nazir Emin Əmrullayev bildirmişdi ki, rus bölməsində Azərbaycan dilinin səviyyəsi yetərli deyil. Buna görə də məktəblərdə monitorinqlər aparıldı. Təbii ki, bu problemin həll yolunu tapmaq biz müəllimlərin üzərinə düşür. Mən bu il MİQ müsabiqəsi yolu ilə Rus bölmələri üzrə Azərbaycan dili (dövlət dili) fənnindən ölkə üzrə üçüncü yeri tutdum. Seçimim İ. Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi oldu.

 

Tədris ili başlayandan rus bölməsində təhsil alanlara Azərbaycan dilinin öyrədilmə yollarını araşdırmağa başladım. Liseyin qocaman, təcrübəli müəllimlərindən aldığım məsləhətlər, eləcə də, öz araşdırmam bir neçə texnika tapmağıma kömək oldu. Baxmayaraq ki, ilk ildir ki, orta məktəb sistemində çalışıram, lakin öncəki illərdə əcnəbilərə və rus dillilərə Azərbaycan dilinin öyrədilməsi təcrübəm var. 2019-cu ildə Bilkent Universitetində dil öyrətmə metodikası ilə bağlı təcrübədə olmuşam, təcrübənin sonunda keçirilən imtahanda müdavimlər arasında birinci yeri tutmuşam.

 

Bu texnikanı "Qo-Da" adı ilə Azərbaycan dilinin tədrisinə tətbiq etmək qərarına gəldim.

 

- Nə maraqlı adı var. Bilmək olar mənası nədir?

146083

- "Qo-Da"nın açılımı "Qorxusuz - Danışma" ilə bağlıdır. Həqiqətən də, bu dili öyrənə bilməyənlərin ən böyük problemi danışma qorxularının olması ilə bağlıdır. Azərbaycan dilini tədris edərkən ilk olaraq qorxunu yenmək lazımdır. Bu qorxunu biz müəllimlərin səyi nəticəsində yenə bilərik.

 

- Bunu necə edirsiniz?

 

- Dərs elə qurulmalıdır ki, şagird özünü əmin və maraqlı mühitdə hiss etsin. Şagird inanmalıdır ki, o danışarkən ona heç kim gülməyəcək, lağ obyekti kimi baxmayacaq. Müəllim şagirdi məcbur etməlidir ki, işlətdiyi hər sözü Azərbaycan dilində danışsın. Məcburiyyəti cəza kimi düşünməyək, öyrənən bunu sevə-sevə etməlidir. Bundan öncə dediyim kimi, özünəgüvən yaratmalısınız.

 

İlk dərslərdə daha çox təkrarlama ilə bu proses baş verəcək. "Qo-Da" texnikasının ilkin şərti dili yeni dil açan uşaq kimi öyrənmək-öyrətməkdir. Dil açan uşaqlarla necə davranırıq? Sözü təkrarlamaqla. Öyrədən də, öyrənən də israrlı olmalıdır. Düzgün tələffüz edilənə kimi sözlər təkrarlanmalıdır.

 

- Bəs, “QO-DA” texnikasından dərs zamanı necə istifadə edirsiniz?

 

- Burada danışmanın birinci şərti dinləmədir. Dinləmək üçün materialları (video, audio) seçərkən öyrənənlərin ana dilindəki əsərlərə üstünlük vermək lazımdır. Çünki burada əsas fakt etno-psixologiyadır. İlkin mərhələdə rus dilində düşünən şagird üçün Azərbaycan əsərləri çətin olacaq. Əvvəlcə rus dilində əsərin özü dinlədilməli, sonra isə həmin mətn Azərbaycan dilində olmalıdır. O zaman öyrənən əsərin məğzini bildiyi üçün sözlərin mənalarını da ayırd edə biləcək. İlkin mərhələdə sözbəsöz tərcümədən qaçmaq lazımdır. Əks halda, şagird passivləşir, cümləni ümumi qavramaqda çətinlik çəkir. Məsələn, bir cümlədə 3 sözü bilir, digər anlamadığı 2 sözü təxmin edərək yadında saxlayır. Ondan sonra lüğətlə dəqiqləşmə apara bilər.

 

Şagirdlərə mətn oxudarkən bütün cümlələri deyil, çox çətin sözlərin izahını (sinonimini, antonimini deməklə, mənasını açmaqla, şəklini göstərməklə, hərəkətlə) verməyə çalışırıq.

 

- Sizcə, texnikanın maraqlı edən şərti nədən ibarətdir?

 

- "Qo-Da" texnikasının bir şərti də odur ki, öyrənən sözlərin mənasını tərcümə ilə deyil, məntiqi ilə tapmalıdır. Şagird tapmadığı halda tərcüməsini deməyə məcbur oluruq. Amma ki, bu məqamda da müəllim səbirli olmalıdır. "Qo-Da" texnikasının maraqlı tərəfi odur ki, danışanın səsi yazılır, növbəti dərsdə həmin səs yazısındakı səhvləri öyrənən özü düzəldir. Yəni şagird öz səhvlərini özü görməlidir. "Qo-Da" texnikasında öyrənənlərə verilən maraqlı tapşırıqlardan biri də budur ki, şəkillərlə cümlələr qurulur, səssiz videolarla mövzuya uyğun danışılır. Bir də ki, hər dilin öz sistemi- xəritəsi olur.

 

-Texnikadan istifadə zamanı nələr diqqətdə olmalıdır?

 

- Bir şeyi də qeyd edim ki, texnikadan istifadə üçün maddi-texniki baza olmalıdır. "Tərəqqi" liseyində bu texnikanın tətbiqi üçün şərait mövcuddur. Bir də ki, liseyin innovasiyalara açıq olması da biz müəllimlərdə motivasiya yaradır. Burada liseyin direktoru professor Nasim Abışovun rolu danılmazdır. Həm liseyin rəhbərliyinə, müəllimlərinə təşəkkür edirəm ki, mənə bu yolda dəstək olurlar. Sizə də təşəkkür edirəm ki, yeni müəllimlərə dəstək olur, onların fəaliyyətlərinə işıq salırsınız.

 

- Gülnar müəllim, bu texnikadan istifadənin başqa hansı müsbət tərəfləri var?

 

- Düşünürəm ki, bu texnika ilə öyrənənlər qısa müddətdə Azərbaycan dilinə yiyələnəcəklər. 2 həftədəki nəticəyə əsaslanaraq bunu söyləyirəm. Texnikanın başqa yaxşı bir cəhəti də var.

 

"Qo-Da" texnikasının başqa bir maraqlı tərəfi odur ki, danışanın səsi yazılır, növbəti dərsdə həmin səs yazısındakı səhvləri öyrənən özü düzəldir. Yəni şagird öz səhvlərini özü görməlidir. "Qo-Da" texnikasında öyrənənlərə verilən maraqlı tapşırıqlardan biri də budur ki, şəkillərlə cümlələr qurulur, səssiz videolarla mövzuya uyğun danışılır. Bir də ki, hər dilin öz sistemi- xəritəsi olur. Düşünürəm ki, ana dili Azərbaycan dili olmayanlar bu dili Fonetika bölməsi ilə deyil, əvəzlik və feil bölməsi ilə başlayanda daha uğurlu olur.

 

Çünki feilləri, zamanları, şəxs əvəzliklərini bilməyənlər cümlələri çətinliklə qururlar. Hazırda bu texnikaya uyğun youtube kanalımız üçün videolar hazırlanır. Gələcəkdə də rus bölmələri üçün Azərbaycan dilinin tədrisinə dair dərs vəsaitinin hazırlanması da planlarımız sırasındadır.

 

Düşünürəm ki, ana dili Azərbaycan dili olmayanlar bu dili Fonetika bölməsi ilə deyil, əvəzlik və feil bölməsi ilə başlayanda daha uğurlu olur. Çünki feilləri, zamanları, şəxs əvəzliklərini bilməyənlər cümlələri çətinliklə qururlar. Hazırda bu texnikaya uyğun youtube kanalımız üçün videolar hazırlanır. Gələcəkdə də rus bölmələri üçün Azərbaycan dilinin tədrisinə dair dərs vəsaitinin hazırlanması da planlarımız sırasındadır.

 

-Gələcəklər bağlı hədəfləriniz nələrdir?

 

-Gələcək üçün bir çox planlarımız var. "Tək əldən səs çıxmaz" , - deyib atalarımız. Mütəxəssislərin, qocaman, təcrübəli müəllimlərin də köməkliyi ilə işlərimizi genişləndirəcəyik. Arzum budur ki, beynəlxalq arenalarda Azərbaycan dilinin tədrisini və təbliğini geniş şəkildə aparaq. - Biz - Azərbaycan dili (dövlət dili) fənnini tədris edən əksər müəllimlər çalışırıq ki, dili öyrətməklə yanaşı, milli-mənəvi dəyərlərimizi də aşılayaq və sevdirək.

 

Bunun üçün isə müəllim özü nümunəvi, dəyərlərimizə bağlı olmalı, mədəniyyətimizi, incəsənətimizi dərindən bilməli, eyni zamanda elə gözəl təqdim etməlidir ki, şagirdlərə də sevdirə bilsin. Ümumilli Lider Heydər Əliyev demişdir: "Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır". Həqiqətən də, əsl müəllim cəmiyyət üçün dəyərlərə sadiq, dilimizi, soy-kökümüzü sevən şəxsiyyətlər yetişdirir.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox