Azedu.az

Bəzi valideynlər iqtisadi və dini mövzuları bəhanə edərək qızlarını oxutmurlar

Müəllimlər və elm adamları

24 Sentyabr 2024, 09:20
Bəzi valideynlər iqtisadi və dini mövzuları bəhanə edərək qızlarını oxutmurlar

Azərbaycan 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.

 

Sözügedən müddət ərzində ölkəmizdə qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Bəs, görəsən, məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin gündəliyində hansı məsələlər durur? Qızların təhsilə cəlb edilməsi üçün ölkədə hansı tədbirlər görülməlidir?

 

Mövzu ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, Milli Məclis bu sahədə irəli sürən təklifləri, yanaşmaları dəstəkləməyə hazırdır:

 

“Azərbaycanda qızların təhsil alması istiqamətdinə Elm və Təhsil Nazirliyi müəyyən layihələr həyata keçirir. Hesab edirəm ki, bu gün Azərbaycanda qızların təhsili yüksək səviyyədədir. Ancaq son illər qızların təhsil alması ilə bağlı müəyyən narahatedici tendensiyaları da görürük. Bəzi valideynlər iqtisadi vəziyyəti, bəziləri isə dini bəhanələr gətirərək, müəyyən cəhdlərlə qızları təhsildən yayındırmağa çalışırlar.

 

Hesab edirəm bunun qarşısını almaq üçün ciddi təbliğat və maarifləndirmə olmalıdır. Yerlərdə icra hakimiyyətləri davamlı olaraq müəyyən layihələr həyata keçirməlidirlər. Burada layihələndirmənin vəziyyəti, yerli strukturların üzərində işləmələri, davamlı addımlar atmaları çox önəmlidir. Eyni zamanda qızlarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən tədbirlər görə bilərlər. Hesab edirəm ki, Elm və Təhsil Komitəsi müəyyən dinləmələr keçirə, komitə üzvləri maarifləndirmə işlərində fəal şəkildə iştirak edərək prosesə öz töhfələrini verə bilərlər”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox