Keçmiş təhsil naziri, professor Firudun Cəlilov müalicəsini davam etdirmək üçün bugün Türkiyəyə yola düşəcək.
AzEdu.az xəbər verir ki, professor bu barədə öz şəxsi facebook hesabında məlumat verib. Məlumatda eks-nazirin 10 gün telefonlara cavab verə bilməyəcəyi də qeyd olunub.
Qeyd edək ki, Firudun Cəlilov səhhətiylə əlaqədar bir müddətdir ki, Türkiyədə müalicə alır. O, 2015-ci ildə Ankarada ürəyindən əməliyyat olunduqdan sonra müalicə almaq üçün mütəmadi olaraq dövlət xətti ilə Türkiyəyə gedir.