Azedu.az

57 yaşlı müəllim sertifikasiyadan 60 bal topladı

20 İyun 2023, 17:38
57 yaşlı müəllim sertifikasiyadan 60 bal topladı

İyunun 20-də sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ilk günü başa çatıb.

  

AzEdu.az-ın xəbərinə görə, respublika üzrə ilk günün ən yüksək nəticəsi 60 bal olub.

 

Bu nəticənin əldə edən şəxs Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd orta məktəbinin müəllimi  Flora Dünyamalıyevadır.


O, imtahanın yaxşı təşkil olunduğunu, sualların orta səviyyədə tərtib edildiyini bildirib.


Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox