Azedu.az

Sertifikatlaşdırmaya dair növbəti görüşlər keçirilib

Müəllimlər və elm adamları

Məktəbə qəbul

Diaqnostik qiymətləndirmə

Elm və Təhsil Nazirliyi

31 May 2023, 12:16
Sertifikatlaşdırmaya dair növbəti görüşlər keçirilib

Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş Səbail, Yasamal, Nərimanov, Nəsimi, Nizami və Binəqədi rayonları üzrə ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimlərini əhatə edib.

 

BŞTİ-dən AzEdu.az-a verilən məlumata əsasən, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva, direktor müavini Zaur Balaqadaşov və Azərbaycan dili fənni üzrə metodisti Günel Bayramova, müəllimlər iştirak ediblər.

 

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılma prosesinin təşkili qaydaları, mərhələləri, məzmunu ilə bağlı ətraflı məlumat verilib.

Həmçinin qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox