AzEdu.az təhsil portalının məqsədi hər insanı daim izləyən təhsil, elm, maarif anlayışının bir cəmiyyət daxilində daha da inkişaf etdirilməsi, bu sahədə problem və perspektivlərin üzə çıxarılmasıdır.
Portal jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq, keyfiyyətli informasiya təqdim etmək və Azərbaycan təhsil arenasında ən etibarlı mənbə, bütün sualların cavablarının toplandığı baza olmağı hədəfləyib.
Bu missiya və məqsədimizin həyata keçməsindən ötrü AzEdu.az inkişafa istiqamətlənmiş layihələrini davam etdirir.
Beləliklə, bu dəfə müəllimlər AzEdu.az saytı vasitəsilə də öz aylıq maaşlarını hesablaya biləcəklər.
Bunun üçün “Ana səhifə”nin sağ tərəfində xəbər lentindən yuxarı da yerləşən “Müəllimlərin əmək haqlarının hesablanması” hissəsinə keçid etməyiniz lazımdır. Diaqnostik bal, həvəsləndirmə, iş stajını və s. tələb olunan məlumatları uyğun xanalara dolduraraq maaşınızı hesablaya bilərsiniz.