Azedu.az

Nazir alimlərin maaşının artması üçün şərti açıqlayıb

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

AMEA

16 Mart 2023, 13:04
Nazir alimlərin maaşının artması üçün şərti açıqlayıb

Alimlərin maaşının artması üçün ölçülə bilən nəticələr olmalıdır.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

 

O bildirib ki, hər il dövlət müəssisələrində çalışanların maaşları 10-15 faiz artır:

 

"Lakin bunun daha çox artması üçün dediyim kimi ölçülə bilən nəticələr olmalıdır. Ali məktəblərin elmi tədqiqat universitetləri ilə əməkdaşlığına gəlincə, bayramdan sonra bu istiqamətdə geniş iclas keçirəcəyik. Maliyyələşmə ortada hansısa bir iş olmasına görə həyata keçiriləcək. Məsələn, ortaq magistr proqramı buna aid ola bilər".

ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR
Son xəbərlərDaha çox