AzEdu.az bir çox kənd məktəblərinin builki qəbul imtahanlarında göstərdiyi uğurları paylaşıb. Xatırladaq ki, onlardan əksəriyyətinin qəbul nəticələri bir çox şəhər məktəblərini üstələyib.
Belə məktəblərdən biri də Bərdə rayon Samux kənd tam orta məktəbidir. Bu il 11 nəfər məzundan 7-si ali məktəbə qəbul olub.
Məktəbin direktoru Fərzəliyeva Rəna AzEdu.az –a bildirib ki, şagirdləri 670, 632 balla Tibb Universiteti, 600, 615 balla Azərbaycan Dövlət Neft və Sənaye, 600 balla Azərbaycan Dillər, 515 balla Bakı Dövlət Universiteti, 380 balla isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olublar:
“Məzunlarımızdan daha birinin Kənd Təsərrüfatı Akademiyasına qəbul nəticələri barədə məlumat gözləyirik. Şagirdlərimizi öz müəllimləri hazırlaşdırıblar, başqa repetitor yanına getməyiblər. Mən bu nəticələri gözləyirdim, çünki bu uşaqlardan 6-ı IX sinfi fərqlənmə şahadətnaməsi ilə bitirib. Bizim məktəbdə bir adət var, IV sinfi bitirdikdən sonra bir fənni sona qədər bir müəllimə verirəm. Ondan alıb buna, bundan alıb ona vermirik ki, sabah müəllim deməsin ki, bu dərsi mən deməmişəm”.
Elşən Ramizoğlu