27 iyuldan başlayaraq, tarix və kimya üzrə MİQ imtahanlarına start verilib.
İmtahanda yüksək nəticə göstərən müəllim namizədləri AzEdu.az-a imtahan təəsüratlarını danışıblar.
Tarix fənnindən 55 bal toplayan Şahnaz Binyətova imtahandan heç bir narazılığı olmadığını bildirib:
“Nəzarətçilər hər kəslə maraqlanırdılar, ümumiyyətlə imtahan yaxşı keçdi. Suallar hamısı ixtisas, məktəb dərsliklərini əhatə edirdi və məntiq, kurikulum suallarını da düşündürücü hesab etmək olardı. Mən gecə-gündüz oxuyub çox əziyyət çəkmişdim və şükür nəticə də yaxşı oldu. Imtahan öncəsi də nəticəmin yaxşı olacağına inanırdım. Məncə, əziyyət çəkən, oxuyan hər kəs nailiyyət əldə edir”.
Kimya fənnindən 58 bal toplayan Ayşən Soltanlı da imtahanın çox yaxşı keçdiyini bildirib:
“Heç bir fənndən çətinlik yaşamadım. Məntiq müəllimi kimi 4il fəalliyət göstərmişəm, imtahanı yarım saata bitirdim. 60 bal gözləsəm də, nəticədə 58bal topladım”.
Qeyd edək ki, MİQ imtahanları fizika və texnologiya üzrə 28iyul, bilologiya üzrə 30iyul , fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31iyul tarixlərində test imtahanları keçiriləcək.
Günel YAŞARQIZI