25 iyuldan başlayaraq, Azərbaycan dili və ədəbiyyat üzrə MİQ imthanlarına start verilib. İmtahana ən yüksək nəticə 58 bal qeydə alınıb.
58 bal toplayan müəllimlərdən biri Nigar Məhərrəmova AzEdu.az-a açıqlamasında imtahanın çox yaxşı keçdiyini bildirib:
“Düzü, çox həyəcanlı idim, amma çətini imtahan başlayana qədərdir. 60 bal gözləyirdim, hələ də bilmirəm ki, 2 sualda nəyi səhv yazmışam. Mənə görə suallar çox asan və rahat idi. Amma əksəriyyət suallardan şikayətlənir. Məncə, buna haqları yoxdur. Çünki məktəb proqramından kənar heç bir sual yox idi”.
Digər yüksək nəticə göstərən Təhminə Ataşlı da sualların onun üçün normal olduğunu bildirib:
“İmtahanda 56 bal topladım. Açığı, çox həyəcan keçirdim. Amma sualları gördükdən sonra bu, sona çatdı. Mən ixtisasa aid sualları maksimum cavablamaq istəyirdim, amma alınmadı. Bir az ona təəssüfləndim”.
Qeyd edək ki, MİQ imtahanları tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.
Günel Yaşarqızı