Azedu.az

MİQ və yerdəyişmə müsabiqəsinə 1739 vakansiya təqdim olunub-RƏSMİ

Müəllimlər və elm adamları

MİQ

9 İyun 2021, 12:12
MİQ və yerdəyişmə müsabiqəsinə 1739 vakansiya təqdim olunub-RƏSMİ

2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1739 vakansiya təqdim olunub.

BŞTİ-dən AzEdu.az-a verilən məlumata əsasən, müsabiqə və müsahibələr nəticəsində 2020-2021-ci tədris ilində 1 600 nəfər işə qəbul olunub. Bunlardan: 760 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində; 580 nəfər müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində; 260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox