“Hələlik səhhətimlə bağlı hər şey qaydasındadır”
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı keçmiş təhsil naziri, professor Firudin Cəlilov deyib. Sabiq təhsil naziri müalicəsinin hələ də davam etdiyini vurğulayıb:
“2 aydan bir Türkiyədə müalicə olunub, Vətənə qayıdıram. Hələlik səhhətimlə bağlı hər şey qaydasındadır. Sadəcə olaraq havanın bu qədər isti olması adamı çox darıxdırır” .
Qeyd edək ki, keçmiş təhsil naziri səhhətiylə əlaqədar bir müddətdir ki, Türkiyədə müalicə alır. O, 2015-ci ildə Ankarada ürəyindən əməliyyat olunduqdan sonra müalicə almaq üçün mütəmadi olaraq dövlət xətti ilə Türkiyəyə gedir.