"Sertifikasiya təhsil sahəsində olduqca vacibdir. Müəllimlərin öz üzərində işləyərək bacarıqlarını inkişaf etdirmək üçün stimul olacaq".
AzEdu.az xəbər verir ki, bu sözlər Təhsil naziri Ceyhun Bayramov illin yekunları ilə bağlı hesabatda deyib. O, sertifikasiya qaydalarından danışıb.
“Qaydalara əsasən, sertifikasiya 5 ildən bir keçiriləcək. Növbəti aylarda qaydalar təsdiq ediləcək. Sertifikasiyadan bütün sistemdəki müəllimlərin mərhələlərlə keçməsi nəzərdə tutulur. Məqsəd müəllimin inkişafını təmin edib onu stimullaşdırmaqdır. Nəticədə göstəriciləri çatmayan, zəif olan müəllimlər üçün əlavə imkanlar yaradılacaq təlimlər təşkil olunacaq”.
Qeyd edək ki, sertifikasiyada müəllimlər ixtisas və metodikadan imtahan verəcəklər.