Azedu.az

\"DİM bu addımı qəsdən atdı\" - Ekspert imtahan suallarından danışdı

13 May 2018, 16:12
\

“Suallar olduqca asan idi. Tarixdən cüzi anlayışı olanlar bütün sualları düzgün cavablandıra bilərdi”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert, tarix müəllimi Kamran Əsədov deyib:

“Bu gün keçirilən qəbul imtahanında II və III qruplara düşən tarix sualları ilə tanış oldum. Həm II, həm də III qrupda istifadə olunan test tapşırıqları əvvəlki illərdə dəfələrlə istifadə olunmuş, sinif test kitabçaları və test bankda olan suallar idi. DİM bunu etməklə ənənəvi qaydada keçrilən sonuncu qəbul imtahanlarında iştirak edən şəxslərin keçid balı toplaması üçün addım atdı. Hələki diqqət çəkən səhv sual yoxdur”.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox