Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib.
Qarşıdan isə MİQ müsabiqəsinin müsahibə mərhələsi gəlir. Nəzərinizə çatdıraq ki, müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
AzEdu.az müəllim namizədlərə kömək məqsədiylə müsahibə mərhələsinə salınan sual nümunələrini və onların cavabını təqdim edir:
-Referendum nədir?
-“Referendum” latın sözü olub, məlumat verilməli mənasını daşıyır. Xüsusi əhəmiyyətli dövlət məsələlərinin həlli üçün ümumxalq sorğusu və ümumi rəy sorğusudur.
-Azərbaycan hansı beynəlxalq təşkilatın üzvüdür?
-Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO), Antiterror koalisiyası, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq təşkilatların üzvüdür.
-Azərbaycanın sərhəd qonşuları hansılardır?
-Şimaldan- Rusiya;
Cənubdan-İran;
Şimal qərbdə-Gürcüstan;
Qərbdə-Ermənistan;
Cənub qərbdə-Türkiyə;
Şərqdə-Xəzər dənizi və onun o biri tayında Qazaxıstan və Türkmənistanla sərhəddir
-Beynəlxalq təşkilatlardan hansıları tanıyırsan?
-Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Turizm Təşkilatı, YUNESKO, UNİCEF
-“Təhsil haqqında” qanun nə vaxt təsdiq edilib?
-“Təhsil haqqında” 19 iyun 2009-cu ildə qəbul edilib.
-Mikayıl Cabbarov təhsil naziri olduğu müddətdə təhsilin inkişafı üçün hansı işləri görüb?
-Mikayıl Cabbarov 2013-cü ilin 19 aprelindən 2017-ci ilin 5 dekabrına qədər Azərbaycan Respublikasının təhsil naziri kimi fəaliyyət göstərib.
Mikayık Cabbarovun dördillik fəaliyyətində Azərbaycan təhsilinə gətirdiyi ən yaddaqalan yeniliklər:
1.Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi;
Məqsədi: Müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması, aylıq vəzifə maaşlarının artırılmasının təmin olunması, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi;
Azərbaycan Respubklikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkil edən icra hakimiyyəti orqanıdır.
Fondun missiyaları: “Maarifçi Tələbə Kredit” Fondu tələbələr üçün yaradılıb. Fondun missiyası aztəminatlı ailələrədən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
7.Tələbələrin yerdəyişməsi və köçürülməsinin elektron sistem əsasında həyata keçirilməsi;
Məqsədi: Tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasıdır. İndi tələbə rahat şəkildə bir universiretdən digərinə və ya bir ixtisasdan başqasına köçürülmək istəyirsə, bunun üçün sadəcə, elektron şəkildə məlumatlarını daxil edərək istəyini reallaşdır bilər.
Təhsil Nazirliyinin “Thomson Reuters” şirkətinin elmi təqdiqatlar və intelektual mülkiyyət üzrə şöbəsi ilə imzaladığı müqaviləyə əsasən, Azərbaycan 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platforması çıxış əldə etmək imkanı qazanıb. Bununla yanaşı, AMEA-nın alimləri də bu platformadan istifadə edirlər. Həmin bazaya çıxış beynəlxalq elm i dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verir.
9.Olimpiada Hazırlıq Mərkəzlərinin yaradılması;
Məqsəd-Aşağı sinif şagirdləri arasından istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, istedadlı və hazırlığı ilə seçilən çagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması, beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlərin müəyyən edilməsi
10.Birinci sinfə və Məktəbəhazırlıq Qruplarına elektron qəbulun tətbiqi;
12.Şagirdlərin mütaliə vərdişlərinin artırılması istiqamətində davamlı layihələr;
13.SABAH qruplarının yaradılması;
15.Şagird və tələbələrin könüllülük proqramlarına qoşulması;
16.Məktəbli və tələbələrin idman nailiyyətləri(yerli və beynəlxalq);
Qeyd edək ki, Mikayıl Cabbarov prezident İlham Əliyevin 5 dekabr 2017-ci ildə tarixli sərəncam vergilər naziri vəzifəsinə təyin edilib.
-Şagirdlərin tədrisində hansı boşluqları görürsünüz və bunu necə aradan qaldırarsınız?
-Müəllimlər şagirdlərin yaxşı tədris almasını istəsələr də, hər uşaqda bu alınmır. Eyni müəllim və eyni tətbiq olunan proqrama, yaradılan şəraitə baxmayaraq, şagirdlərin dərsdə nailiyyətləri fərqlidir. Bir qisim şagirdlər dərslərini həvəslə oxusalar da, bir qismi kitabın üzünü belə açmaq istəmir. Bu problem əksər hallarda valideynləri çarəsiz qoyur. Şagirdləri dərs oxumağa həvəsləndirmək üçün ilk növbədə müəllim özünü şagirdə sevdirməlidir: ― Buna görə müəllim şagirdin fərdi xüsusiyyətlərini nəzərə alaraq fərdi yanaşma metodları seçməlidir.
-Təhsilimiz gələcəyi haqqında nə deyə bilərsiniz ?
-Ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. ―Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.