Azedu.az

“Danışa bilmirəm, amma pis də deyiləm” – Sabiq təhsil naziri

29 Aprel 2018, 15:59
“Danışa bilmirəm, amma pis də deyiləm” – Sabiq təhsil naziri

“Çox danışa bilmirəm, amma yaxşıyam. Hazırda Türkiyədəyəm. Müalicə olunmuşam. 1-2 günə Azərbaycana qayıdacam”.

Bunu AzEdu.az-a açıqlamasında sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov səhhəti ilə əlaqədar danışarkən bildirib.

Qeyd edək ki, F Cəlilov  müalicə üçün yenidən Türkiyəyə yollanıb.   Səhhəti ilə bağlı AzEdu.az-a danışan  professor hazırda vəziyyətinin yaxşı olduğunu, yaxın günlərdə vətənə qayıdacağını bildirib:

Qeyd edək ki, o,  2015-ci ildə Ankarada ürəyindən əməliyyat olunduqdan sonra müalicə almaq üçün mütəmadi olaraq dövlət xətti ilə Türkiyəyə gedir.

 

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox