Azedu.az

Müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım olacaq?-RƏSMİ CAVAB

Müəllimlər və elm adamları

22 İyun 2019, 10:20
Müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım olacaq?-RƏSMİ CAVAB

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım nəzərdə tutulmayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tv-nin “Təməl” verilişində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı yalnız dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil edilir.

Qeyd edək ki, 18 iyunda Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox