Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb.
AzEdu.az xəbər verir ki, “İlin ən yaxşı hekayəsi” nominasiyasına təqdim edilmiş fantastik-qurğu janrında yazılan “Yuxu maşını” 8 milyona yaxın əsər arasından seçilərək ilk pilləyə yüksələ bilib. Əsər Baş Münsiflərin tərtib etdiyi almanaxa salınıb və rusca çap edilib.
Yazıçı 21 mart 2019-cu ildə keçiriləcək mükafatlandırma mərasiminə dəvət olunub.
Qeyd edək ki, sözügedən nominasiya birliyin ən prestijli mükafatını alır və əsasən, Rusiyanın milli yazıçılarına verilir.