Azedu.az

“Suallar pedaqoji və psixoloji biliklərimizi yoxladı” - MİQ iştirakçısı danışır

MİQ

22 Avqust 2025, 15:18
“Suallar pedaqoji və psixoloji biliklərimizi yoxladı” - MİQ iştirakçısı danışır

Avqustun 21-dən Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. İki gün davam edən müsahibə mərhələsi bu gün başa çatıb.

Müsahibədə iştirak edən müəllimlərdən biri də Coğrafiya müəllimi Zeynəb Həsənovadır

AzEdu.az təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb. 

Hazırda Nehrəm qəsəbəsi şəhid Səməd İsmayılov adına 1 saylı tam orta məktəbdə çalışan müəllim müsahibə mərhələsinin yaxşı keçdiyini bildirib:

"Suallar həm pedaqoji, həm psixoloji, həm də ümumi dünyagörüşü ilə bağlı idi. Mənim üçün ən maraqlı sual mobbinq və bullinqlə bağlı fikirlərimizin alınması oldu. Çünki bu mövzuda cavab vermək daha çox hazırlıq tələb edirdi.

Gələcəkdə müsahibə mərhələsində iştirak edəcək təhsilverənlərə tövsiyəm odur ki, dünyagörüşlərini genişləndirsinlər və empatiya bacarıqlarını inkişaf etdirsinlər. Hər bir təhsilverən həm valideyn, həm də şagird mövqeyini nəzərə almalıdır.

Hazırda çalışdığım yer mənim üçün uyğundur və dəyişmək fikrim yoxdur. Mənim üçün əsas məsələ iş şəraitinin təmin olunmasıdır, çalışdığım məktəbdə isə bu infrastruktor qurulub".

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox