Azedu.az

Diqqət! - MİQ müsahibəsinə gedənlər bu sənədləri mütləq gətirməlidir

MİQ

15 Avqust 2025, 10:41
Diqqət! - MİQ müsahibəsinə gedənlər bu sənədləri mütləq gətirməlidir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi - müsahibələr yaxın günlərdə keçiriləcək. Bu mərhələdə iştirak edəcək namizədlərin müəyyən sənədləri təqdim etməsi mütləqdir. Təqdim olunmayan sənədlər və ya iştirak etməmə halları isə namizədlərin seçilmiş vakant yeri itirməsinə səbəb ola bilər.

İnsan Resursları Mərkəzi AzEdu.az-a müsahibəyə qatılacaq şəxslərə vacib tələblərlə bağlı məlumat verib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən aşağıdakı sənədlərin əslini gətirmək mütləqdir:

şəxsiyyəti təsdiq edən sənəd;

ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə;

xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.

Nəzərinizə çatdırırıq ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər əlavə olaraq faktiki yaşayış yeri ilə bağlı arayış təqdim etməlidirlər.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox