Azedu.az

Fizika müəllimindən yüksək nəticə: "Hədəfim MİQ üzrə respublika birincisi OLMAQDIR"

MİQ

23 İyul 2025, 17:12
Fizika müəllimindən yüksək nəticə: "Hədəfim MİQ üzrə respublika birincisi OLMAQDIR"

Xəbər verdiyimiz kimi iyulun 9-da fizika müəllimləri üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı həyata keçirilib.

Belə ki, iştirakçılar arasından yüksək bal toplayanlardan biri də Vüsal Rahovdur.

O, imtahandan 95.42 bal toplayıb.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

O, 2007-ci ildə Kürdəmir rayonu Axtaçı kənd tam orta məktəbin məzunu olub: "Elə həmin il Azərbaycan Dövlət Peqaqoji Universitetinin (ADPU) fizika müəllimliyi ixtisasına qəbul oldum. 2011-ci ildə ali məktəbi bitirib həqiqi hərbi xidmətə yollandım. Daha sonra Gəncə Dövlət Universitetinin (GDU) fizika ixtisası üzrə magistratura təhsili almışam. İlk dəfə 2018-ci ildə MİQ imtahanında iştirak edib 50 bal toplamışam.

Kürdəmir rayonu Axtaçı-Qarabucaq kənd tam orta məktəbində fizika müəllimi kimi 7 ildir ki, fəaliyyət göstərirəm. 2020-ci ildə Kürdəmir rayonu Təhsil Şöbəsində metodist kimi 1 il müddətində çalışmışam. Bununla yanaşı həmçinin riyaziyyat və fizika üzrə repetitorluqla da məşğulam. Hər il 15-20 şagirdim ali məktəblərə qəbul olur. 

Əslində vakansiya seçiminə görə deyil, sadəcə imtahan sualları ilə tanış olmaq məqsədilə MİQ-də iştirak etdim. İxtisasım üzrə 38 suala cavab verdim. Ümumi olaraq isə 95.42 bal toplamışam. Keçən il 82 bal yığmışdım.

Bu il sertifikasiya imtahanında iştirak edib 56 bal topladım. Əslində daha yüksək gözləyirdim, amma sualların daha düşündürücü olması sözsüz ki, nəticəyə təsir edir. Həmçinin MİQ imtahanında da suallar çox düşündürücü suallar idi. Əsl gələcəyin müəllimləri üçün tərtib edilmiş suallar idi. Sualları cavablandırmaq kifayət qədər zamanımızı aldı. Lakin buna baxmayaraq tərtib edilmiş suallardan razı qaldım.

Sözün düzü, hədəfim birinci olmaqdır və bunun üçün çalışırdım. Növbəti il qarşıma qoyduğum ən böyük məqsəd MİQ-də birinci olmaqdır. Hazırda işlədiyim məktəb rayon mərkəzindən 55-60 kilometr məsafədədir. Yığdığım balla Bakıda fəaliyyət göstərə bilərəm, lakin hazırda bununla bağlı düşünmürəm. Çünki düşünürəm ki, olduğum ərazidə mənə daha çox ehtiyac var. Şagirdlər mənim başqa bir məktəbə gedəcəyimi düşünəndə sanki gözlərində işıq sönür. Çünki mən onlar üçün bir ümid yeriyəm. 

Bu günə qədər bütün imtahanlara özüm hazırlaşmışam. Yüksək bal toplamaq istəyənlərə tövsiyəm budur ki, daha çox çalışsınlar".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox