Azedu.az

Qarabağ qazisindən yüksək nəticə- İştirak səbəbim yerdəyişmə deyil

MİQ

22 İyul 2025, 17:48
Qarabağ qazisindən yüksək nəticə- İştirak səbəbim yerdəyişmə deyil

Xəbər verdiyimiz kimi iyulun 9-da fizika müəllimləri üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı həyata keçirilib.

Belə ki, iştirakçılar arasından yüksək bal toplayanlardan biri də Ələmdar Hüseynovdur. O, imtahandan 90.25 bal toplayıb.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Qarabağ qazisi olan müəllim ilk növbədə xidmət etdiyi istiqamətlər barədə məlumat verib: "Müharibə zamanı Füzuli, Xocavənd, Şuşa istiqamətində "N" saylı hərbi hissənin tərkibində xidmət etmişəm. Sonuncu istiqamət isə Şuşanın Daşaltı kəndi olub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə medalla və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam. 

11-ci sinifi doğulub boya-başa çatdığım Cəlilabad rayonu, Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbdə bitirmişəm. 2013-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub, 2017-ci ildə buradan məzun olmuşam. Artıq 8 ildir müəllim kimi fəaliyyət göstərirəm. Sertifikasiya imtahanından isə 58 bal toplamışam. Hazırda Milli Qəhrəman Rauf Quliyev adına Alar kənd 3 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərirəm.

MİQ-də iştirak səbəbim yerdəyişmə deyil. Ölkənin pedoqoji tələbi olan MİQ imtahanına uyğunlaşmaq lazımdır. Suallar keçən ilə nisbətdə bir az daha çətin idi. Özümdən isə daha yüksək bal gözləyirdim. 

Müəllim öz üzərində hər zaman işləməlidir və fənnin proqramını beynəlxalq səviyyədə, digər ölkələrlə yanaşı öyrənməliyik". 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox