Azedu.az

MİQ-dən 100 bal toplayan MÜƏLLİM: "İmtahan savad qədər diqqəti də ölçür"

MİQ

22 İyul 2025, 17:16
MİQ-dən 100 bal toplayan MÜƏLLİM: "İmtahan savad qədər diqqəti də ölçür"

Xəbər verdiyimiz kimi, iyulun 3-də texnologiya, təsviri incəsənət,Azərbaycan dili, informatika, rus dili və dəbiyyatı fənni üzrə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

Belə ki, imtahanda yüksək nəticə əldə edənlərdən biri də informatika müəllimi Fərid Fərəclidir.

Fərid müəllim imtahandan maksimum (100 bal ) nəticə göstərib.

AzEdu.az bu münasibətlə müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

O, Astara Pedaqoji Kollecin məzunudur: " İnformatika müəllimi olaraq 6 ildir ki, fəaliyyət göstərirəm. İlk iş fəaliyyətimə Cəlilabad rayonu Hacıcavadlı kənd məktəbində başlamışam. Burada il çalışmışam daha sonra Cəlilabad rayonu Maşlıq kənd tam orta kənd məktəbində müəllim kimi fəaliyyətimi davam etdirirəm.Özüm Cəlilabadda yaşayıram. Həmçinin İnformatika bələdçi kitablarının müəllifiyəm. Çalışdığım müddət ərzində gəm müəllim, həm də abituriyent hazırlaşdırmışam.

2021-ci ildə MİQ imtahanı üzrə region birincisi olmuşam. Belə ki, 60 ballıq sistemdə 52 bal yığmışdım. Bu il yenidən MİQ-də iştirak etdim. Maksimum bal toplamağım əslində gözlədiyim bir nəticə idi.Demək olar ki, hər ixtisasım üzrə bütün sualları düzgün cavablandırırdım, sadəcə olaraq kurikuluma görə balım daha yüksək olmurdu.Həmçinin bu il ilk dəfə informatika fənni üzrə keçirilimiş müəllimlərin sertifikatlaşdırılması imtahanından 54 bal topladım.".

İmtahan dünyanın sonu deyil

"Orta məktəb müəllimlərinə görə sertifikasiya üzrə tərtib edilmiş suallar normal idi. MİQ imtahanının sualları isə sertifikasiya ilə müqayisə edilməyəcək qədər çətin olur. Əgər sertifikasiya imtahan sualları MİQ imtahanındakı kimi tərtib edilsə, işləyən müəllimlərin 50%-i uğur qazanmaya bilər. Sualları cavablandırmaq üçün təcrübəli olmaq lazımdır. Hər zaman qeyd edirəm ki, imtahan təkcə savadı ölçmür. Ani bir diqqətsizlik mənfi nəticə verə bilir. 

İmtahana özüm hazırlaşmışam, sadəcə kurikulumdan bir müəllimdən dəstək almışam. Yüksək nəticə əldə etmək istəyən namizədlərə tövsiyə edirəm ki, imtahana planlı şəkildə hazırlaşsınlar. Hətta müəllimdən dəstək alsalar daha yaxşı olar. Olmasa da olar. Çünki birinci növbədə hər kəs öz-özünün müəllimi olmalıdır. İmtahan zalına daxil olan zaman biraz pozitiv düşünmək lazımdır. Çoxlu sınaqlar işləmək lazımdır. Bu da öz növbəsində imtahan həyəcanını üzərlərindən atmağa kömək etmiş olacaq. Bundan əlavə sualları sona qədər diqqətli oxumaq mütləqdir. İmtahan dünyanın sonu deyil".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox